Ukrayna millisindəki kütləvi zəhərlənmənin səbəbi açıqlandı

AVRO-2012 7 İyun 2012 / 22:10 2702
-  A +

Ukrayna milliisinin 10 futbolçusunun bu günlərdə Türkiyəyə qarşı keçirilən yoxlama oyunundan bir gün əvvəl zəhərlənməsinin səbəbi bəlli olub.

Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, komandanın həkimi Leonid Mironov bildirib ki, hazırlıq matçı üçün getdikləri Almaniyadakı oteldə onlara keyfiyyətsiz qida veriblər. "Biz düşünürük ki, zəhərlənmə futbolçulara verilən salatdan olub" - deyə o vurğulayıb.

Ən son xəbərlərə görə, hazırda zəhərlənən futbolçuların səhhəti yaxşıdır.



Son xəbərlər