Yunan-roma güləşi üzrə yığma komandanın baş məşqçisi Saleh Boranın müsahibəsi
- Saleh müəllim, əgər Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandasının London Yay Olimpiya oyunlarına hazırlığını 10 ballıq şkala ilə ölçsək, komandaya neçə bal vermək olar?
- Demək belə, yunan roma güləşində 7 çəki var. Onlardan 5-i artıq lisenziya ilə təmin olunub. Bunlar 55, 60, 74, 84 və 96-dır. Vitaliy Rəhimovun məğlubiyyəti 66 kq-da lisenziyasız qalmamıza səbəb oldu. Bu gün 120 kq çəki dərəcəsində yarışacaq Məsud Həşimzadə yunan-roma güləşi üzrə lisenziya uğrunda mübarizə aparan son idmançımız olacaq.
- Saleh müəllim, Vitaliy Rəhimov hər iki hissədə (2, 3) yarışın bitməsinə son saniyələr qalmış rəqibinə xal verdi. Bunu necə izah etmək olar?
- Mənim fikrimcə bu bəxtsizlik idi. Vitalinin rəqibi Pekin Yay Olimpiya oyunlarında məğlub olduğu Rusiya güləşçisi İslam-Beka Albiyev idi. Özünüz də gördüyünüz kimi ilk hissə Rəhimovun xeyrinə qurtardı. 2-ci hissənin sonuna 2, 3-cü hissənin isə sonuna 1 saniyə qalmış Vitaliy xalları rəqibə verdi.
- Əgər Vitaliy rəqibinə Pekində, olimpiya oyunlarında məğlub olmuşdusa, burada uğursuzluq Olimpiadanın bir addımlığında yaşandı.
- Pekində Vitaliy də İslam da 60 kq çəki dərəcəsində yarışırdılar. Artıq hər ikisi 66 kq-da mübarizə aparır. Özünüz gördüyünüz kimi İslam da olimpiadaya vəsiqə qazana bilmədi. Bilirsiniz, gənc, yeni nəsil gəlir. Təbii ki, onlar yavaş-yavaş öz sözlərini deyirlər.
- Saleh müəllim, Pekin Yay Olimpiya oyunları ilə müqayisədə, London Yay Olimpiya oyunlarına hazırlığı necə qiymətləndirmək olar? Ümumiyyətlə siz komandaya bəş məşqçi təyin olunduqdan sonra hansı güclü idmançını “mən yetişdirdim” - deyə bilərsiniz?
- Düzü mənə bu barədə danışmaq çox çətindir. Mən yunan-roma güləşi üzrə yığma komandaya cəmi 7 aydır ki, baş məşqçilik edirəm. Hansısa idmançını yetişdirməyim haqda danışmağa ixtiyarım da yoxdur. Mən, yaxşı idmançıları daha güclü vəziyyətə gətirməyə çalışmışam. Amma, bir məqam var ki, 2011-ci ildə komandanın cəmi iki lisenziyası var di, artıq lisenziyaların sayı bu günə 5-dir. Bir də mənim üçün önəmli olan fakt lisenziyaların yox, medalların sayıdır.
- London Yay Olimpiya oyunlarına çox az qalır. Amma siz hələ də yunan-roma güləşi üzrə Azərbaycanı təmsil edəcək idmançıların adlarını söyləmirsiniz. Bəlkə indi onların adlarını bizə deyəsiniz?
- Deyə bilmərəm. Artıq hər çəki üçün 2 idmançı ayırmışam. Təbii ki, onlardan biri gedəcək. Mən bunu onların rahatlanmaması üçün edirəm. Ancaq bir məqamı diqqətə çatdırım ki, dünya kubokuna qatılmayacaq güləşçilər, Londona gedənlər olacaq.
Səmayə Məmmədova,
Gənclər və İdman nazirliyinin mətbuat katibi
"Nyukasl"da ciddi itki
Mövsümün sonuna qədər matçları azarkeşlərsiz keçirəcəklər
"Barselona"nın yeni hədəfi bilindi
"Arsenal" - "Atletiko" matçının heyətləri açıqlandı
"Portu" "Arsenal"a 17 milyon ödəyəcək
PSJ-nin müdafiəçisi Ronaldonu geridə qoydu
"Mançester Yunayted" 150 milyon xərcləməyə hazırdır
Azərbaycan millisinə yeni baş məşqçi təyin edildi
Mbappe sağalsa da, matça buraxılmayacaq
"Neftçi" 3 xalı 3 qolla qazandı - Video
"Hər kəsə şans verəcəyik" - Xanlar Əliyev
"Sabah"ın qələbəsi bizə uyğundur, amma..." - Yuri Vernidub
1-ci liqa: "Şahdağ Qusar" "Mingəçevir"i məğlub etdi
"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi
2-ci liqada oyunların vaxtı məlum odu
Azərbaycan millisi Malta və San Marino ilə qarşılaşacaq
“4:5 hesabı faciə deyil" - Tomas Müller
Rafael Fiziyev Bakıda Manuel Torreslə üz-üzə gələcək - UFC
Musa Qurbanlı üçün mövsüm başa çatdı
MEDİA müsabiqə elan etdi
"Atletik"in yeni baş məşqçisi açıqlandı
"Qarabağ"a vurduğu gözəl qoldan danışdı - Video
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər açıqlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
Valverde La Liqanın tarixinə belə düşdü
"Roma"dan Dibala qərarı
Leandro 60-a çatdı
Kvaratsxeliya ailəsindən yeni ulduz gəlir?
"Arsenal" - "Atletiko" oyununu yayımlayacaq kanallar
Simeonenin bu cavabına hamı güldü - Video
Premyer Liqada mövsümün rekordu təkrarlandı
Finalın biletləri satışa çıxarıldı
Robinyonun oğlu "Santos"dan ayrılmaq istəyir - Neymara görə
Volkanı yenə cəmi 2 ay sonra göndərdilər
“Sevilya” üç xalı tək qolla qazandı
“Mançester Siti” vacib iki xal itirdi
“Roma” “Fiorentina”nı darmadağın etdi
“Qarabağ”dan vacib qələbə - Video
"Beşiktaş"da ciddi itki
"Juninyo qayıtmaq istəsə, yox demərəm" - Qurban Qurbanov
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
Millinin futbolçusu komandasını dəyişə bilər
"Qarabağ" "Turan Tovuz"a qalib gəldi