Aleksandr Starkov: "Azərbaycanda mənə təzyiq edirdilər” (VIDEO)

Aleksandr Starkov: "Azərbaycanda mənə təzyiq edirdilər” (VIDEO)
ÖLKƏ FUTBOLU 4 Aprel 2012 / 13:16 2409
-  A +

Latviya millisinin çalışdırıcısı Aleksandr Starkov “Bakı” klubundan istefaya getməsiylə bağlı növbəti açıqlama verib.

Qol.Az-ın məlumatına görə, Latviya Futbol Federasiyasının rəsmi saytına müsahibəsində o bildirib ki, vəzifəsindən könüllü şəkildə ayrılıb. O qeyd edib ki, “Bakı”dan istefasıyla bağlı eməsional açıqlama vermək istəmir.

Starkov deyib ki, klub rəhbərliyi  böyük nəticələrin qazanılmasını istəyirdi: “Amma müxtəlif səbəblərdən bu baş vermədi. Səbəblər müxtəlif idi. Komandada çox sayda yeni oyunçular var idi ki, onlara da uyğunlaşma çatmırdı. Hər şey göründüyü qədər sadə deyildi". 

O deyib ki, klubun prezidenti Hafiz Məmmədov, vitse-prezident Zeynal Məmmədov komanda üçün yaxşı şərait yaradıblar: “Bakı”nın yaşı çox deyil. Gənc gutbolçuların yetişdirilməsi istiqamətində faydalı işlər görülür. Bu proyektə yaxşı da pul buraxılır. Amma görünür, hazırda uğur qazanmaq çətin idi. Bu, məndə alınmadı. Uğur olmayanda isə təqyiqlər başlayır. Həm azarkeşlər, həm də mətbuat tərəfdən mənə, komandanın futbolçularına və prezidentinə qarşı təzyiqlər vardı. Belə bir məqamda klubun prezidentiylə danışaraq vəzifəmdən ayrıldım. Vəzifəmdən getsəm də, rəhbərlik və futbolçularla əlaqələrim qalır. Mən ində onlara azarkeşlik edirəm”.



Daha çox


Son xəbərlər
27.09.24  23:18

U-17 millimiz uduzdu

27.09.24  15:09

UEFA-dan cəza