"İki fərqli hissə izlədik. İlk hissədə yaxşı komandam daha yaxşı oynadı və hesabı açdıq".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov "İnter"lə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Elvin Məmmədovun qırmızı vərəqə almasına toxunan latviyalı mütəxəssis bu haqda belə danışıb. "Azlıqda qaldıqdan sonra komandam zəif oynadı. Hər iki komandanın oyunçularına qırmızı vərəqə göstərilə bilərdi. Bununla belə, hakimlik haqda danışmaq istəmirəm.
Onu deyə bilərəm ki, Elvini itirdik. Ancaq qələbə hesabını qoruduqları üçün oyunçularıma təşəkkür edirəm. Komandada yerli oyunçularla heç bir problemim yoxdur. Sadəcə, bəzi futbolçular hazır deyil. "Neftçi" ilə oyunda da öz gücümüzü ortaya qoyacağıq".
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?