“Üç gün ərzində milli komandanın Dubay toplanışında iştirak etdik. Millinin iki məşqini və Hindistanla oyununu izlədik. Futbolçuların əhval-ruhiyyəsi yaxşı idi. Bu da onunla bağlıdır ki, Bakıdakı soyuq havadan sonra Dubayın isti iqlim şəraiti insana yaxşı tərəfdən təsir edir. Ümumi götürdükdə şən əhval-ruhiyyədə bir toplanışın keçdiyini gördüm”.
Qol.Az-ın müxbirilə söhbətində bu sözləri milli komandanın Dubay toplanışından qayıdan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Cüneyt Biçər deyib.
Biçər millinin baş məşqçisi Berti Foqtsla görüşündən də söz açıb: “Berti Foqtsla Azərbaycan futbolu haqda fikir mübadiləsi apardıq. Milli komanda üçün daha yaxşı nələri edə biləcəyimizi müzakirə etdik. Buna baxmayaraq, çox uzun söhbət etməyə vaxtımız olmadı. Çünki toplantı az sürdü”.
“Dubay toplanışının sizə nə kimi faydası dəydi” sualına cavabında C.Biçər deyib ki, bunu irəlidəki zaman göstərəcək: “Bu, mənim üçün təcrübə idi. Bu toplanışda iştirakımın mənə nə fayfası dəydiyini isə gələcəkdə görəcəyik. Hər halda istənilən təcrübə insana yaxşı tərəfdən nələrisə verir”.
“Xəzər Lənkəran”ın baş məşqçisi millinin toplanışında olan komandasının futbolçuları ilə də maraqlanıb: “Kamran Ağayevin Hindistana qarşı oyununu izlədim. Elnur Allahverdiyev isə zədəli olduğu üçün baş məşqçidən icazə alaraq Bakıya döndü. Yeri gəlmişkən, bu gün Elnur rentgen müayinəsindən keçəcək. Günün sonunda onun zədəsinin ciddi olub-olmadığı bizə məlum olacaq. Digər futbolçular - Rahid Əmirquliyev və Subaşiç isə məşqlərdə özlərini yaxşı tərəfdən göstərirdilər. Onlarla söhbət edim. Heç bir problemlərinin olmadıqlarını dedilər”.
Türkiyəli mütəxəssis Unibank Premyer Liqanın XXII turunda səfərdə qarşılaşacaqları “Sumqayıt”la oyuna da toxunub: “Bir neçə günlük fasilədən sonra bu gün komandamı görəcəyəm. Məşqçilər “Xəzər Lənkəran”da hər şeyin qaydasında olduğunu bildiriblər. Elnurdan savayı heç bir zədəli futbolçumuz yoxdur. Sonuncu turdakı uğursuzluğu unutmaq istəyirik. İnşallah, “Sumqayıt”a qalib gəlməklə qələbə seriyamıza yenidən başlayacağıq”.
Argentina millisi Avstriyaya qalib gəldi - Yenilənib
FİFA hakimləri aşağı liqaya göndərildi
Cənubi Koreya yığmasından radikal qərar
Messi dünya çempionatları tarixinin ən yaxşı bombardiri oldu
Demiçelis bu klubu çalışdıracaq
"İmişli" yeni hücumçu transfer etdi
“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
“Sabah” - TNS oyunlarının vaxtı açıqlandı
“Qarabağ”ın Avroliqadakı oyunlarının vaxtı müəyyənləşdi
Gənc ulduzun uğur tilsimi davam edir
İtaliya Futbol Federasiyasının yeni prezidenti bəlli oldu
Argentina - Avstriya matçının heyətləri açıqlandı
"Mançester Yunayted" yeni stadion tikir
"Ronaldo əvəzlənməyi qəbul etməlidir"
"Nə etməli olduğumuzu bilirik"
Millimizin gələcək hədəfləri müzakirə olundu
Azərbaycan millisi İngiltərəyə rəqib oldu
Qazaxıstan millisində baş məşqçi istefası
“Qarabağ”ın heyətində kimlər yer alıb? - Siyahı
Alman futbolçu üçün mundial erkən başa çatdı
Uruqvay - Kabo-Verde matçı mundialların tarixinə düşdü
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
"Qarabağ" iki qapıçı ilə yolları ayırdı - Rəsmi
18 yaşında mundialın ən dəqiqidir
Dokunu tənqid edən aparıcı işdən çıxarıldı
Marko Yankoviç “Qarabağ”da qalır!
Salah Misir millisinin tarixinə düşdü
"İmişli"də ayrılıq
"Sabah"ın rəqibləri məlum oldu
Messinin ən böyük heykəli hazırlandı - Video
"Araz-Naxçıvan"dan növbəti transfer
AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
TFF prezidentindən Montellaya dəstək
Uruqvay qələbəni bu cür əldən verdi - Video
“Turan Tovuz”a görə məyus oldum” - Ruan Renato
"Qarabağ" Avstriyaya yollandı
Fatih Terimdən azarkeşlərə müraciət
Salah yenə ön planda
Yankoviç Superliqa klubunun maraq dairəsinə düşüb
İspaniyanın böyükhesablı qələbəsi - Video
Belçikadan qol buraxmadı, matçın ən yaxşısı seçildi
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı