“Bakı”nın futbolçusu Elvin Əliyevin Qol.Az saytına müsahibəsi
- Klubunda əsas heyətdə oynasan da, Berti Foqts hələ də səni milli komandaya çağırmır. Artıq millidən əlini üzdüyünü demək olar?
- Üç ildən artıqdır ki, Berti Foqts məni millidən kənarda saxlayır. Foqtsdan soruşmaq lazımdır ki, niyə Elvini yığmaya çağırmırsan. Bəlkə onda sizə maraqlı bir cavab verə. Onda mənə də aydın olar ki, niyə çağırmır. Mən yaxşı formada olanda belə dəvət göndərmirdi.
- Səninlə yanaşı Vaqif Cavadov və Maksim Medvedyevə də dəvət göndərilmir.
- Onlarla məni müqayisə etmək düzgün olmazdı. Çünki adını çəkdiyiniz futbolçular Berti Foqtsun rəhbərliyi altında forma geyiniblər. Loru dildə desək, Berti Foqts mənim üstümdən birdəfəlik xətt çəkib.
- Bəlkə aranızda güclü bir münaqişə olub, demək istəmirsən?
- Açığı, elə bir münaqişəmiz olmayıb. Təlim-məşq toplantısı zamanı xətrinə dəyən bir şey etməmişəmsə, niyə məndən inciməlidir ki. Bəlkə də məşq zamanı əlimdə su ilə qaçdığım zaman məndən inciyib. Xırda bir səbəbdən məşqçinin futbolçunu millidən uzaqlaşdırmağı nə dərəcədə doğrudur? Bizim aramızda prinsipial nəsə olmayıb. Mən məşqlərdə belə onun sözündən çıxmamışam. Mən bilirəm, millidə elə futbolçular var ki, çox böyük səhvləri olub, amma Foqts onları bağışlayıb.
Yəni hər kəsin səhvi ola bilər. Hər biri cavan olduqları üçün başa düşüləndir. Eləsi də var ki, Foqtsun cavabını belə qaytarıb. Yəni mən bunu adi, hamının başına gələ biləcək bir hal kimi qiymətləndirirəm.
- Berti Foqtsun rəhbərliyi altında millimizin Sinqapur, Hindistan, Fələstin kimi yığmalarla yoldaşlıq oyunu keçirməyini nə dərəcədə düzgün hesab edirsən?
- Həmin ölkələrlə də yoldaşlıq görüşü keçirmək olar. Lakin millimizi gələcəkdə Sinqapur, Fələstin kimi komandalarla vacib qarşılaşmalar gözləmir axı. İrəlidəki seçmə mərhələdə qrupumuzdakı rəqiblərimizə uyğun, nisbətən güclü komandalarla oyunda gücümüzü sınamalıyıq. Həm öz gücümüzün hazırda hansı səviyyədə olduğunu görər, həm də güclü rəqiblərə müqavimət göstərməyə alışardıq. Boş yerə yoxlama oyunu keçirməyin nə mənası var?
- Zəif rəqib hesab etdiyimiz Sinqapuru da məğlub edə bilmədik. Səncə səbəb nə idi?
- Ola bilər ki, Sinqapurla oyuna arxayın çıxıblar. Lakin bizim kimi futbolu inkişafda olan ölkəsinin komandası onları məğlub etməli idi. Ümumilikdə isə Sinqapur dünya futbol reytinqində itib-batan millidir. Mənim fikrimcə, onlarla yoldaşlıq görüşü keçirməyimiz belə bizim üçün çox ayıbdır.
- Azərbaycan yığmasının bir neçə milliləşdirilmiş legionerinin Sinqapurla oyunun gecəsi əllərində siqaret və içkiylə barda əylənmələrinə necə münasibət bildirərdin?
- Ufuk Budaq və Popoviçdən başqa digərləriylə münasibətim yaxşıdır. Onların çox yaxşı uşaqlar olduğunu əminliklə söyləyə bilərəm. Ancaq etdikləri hərəkətlərinə haqq qazandırmıram. Qələbə qazanandan sonra bu hərəkəti etsəydilər, bəlkə də, haqq qazandırmaq olardı. Onların oyundan sonra stressi atmaq üçün belə etdiklərini düşünürəm.
Əli HƏYATİ
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”