“Sparta”nın məşqçisi “Rəvan”da

“Sparta”nın məşqçisi “Rəvan”da
ÖLKƏ FUTBOLU 16 Yanvar 2012 / 14:28 2716
-  A +

"Aleş Pitan vaxtilə “Sparta”(Praqa) və “Teplitse” klublarında çalışmış bir mütəxəssisdir. Hazırda isə o, Bakıda “Rəvan”ın düşərgəsindədir".

Bu sözləri Qol.Az-a açıqlamasında “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Şirəliyev Çexiyalı mütəxəssizlə hələlik rəsmi müqavilə imzalamadıqlarını, lakin danışıqların davam etdiyini bildirib:

“Biz onunla ilkin razılığa gəlmişik. Çox gümanki onunla müqavilə imzalayacayıq. Əgər istəyimiz baş tutarsa, Aleş Pitan "Rəvan"ın fiziki hazırlıq üzrə məşqçisi olacaq".

Daha çox


Son xəbərlər
topaz banner