Azərbaycanlı hakim “Münhen 1860”ın oyununa təyinat aldı

Azərbaycanlı hakim “Münhen 1860”ın oyununa təyinat aldı
ÖLKƏ FUTBOLU 16 Yanvar 2012 / 14:16 2376
-  A +

Dünəndən Türkiyənin Antalya şəhərində hazırlıq prosesinə başlayan Azərbaycan hakimlərindən dördü bu gün bir sıra yoxlama oyununu idarə edəcək.

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə verdiyi məlumata görə, referimiz Əliyar Ağayev Almaniya bundesliqasında yarışan “Münhen 1860” klubuyla İsveçrənin “Tün” komandalası arasında keçiriləcək oyunda baş hakim vəzifəsini yerinə yetirəcək.

Digər hakimlərimiz – Rəhim Həsənov Qazaxıstanın “Tobol” klubuyla Çernoqoriya təmsilçisi, İnqilab Məmmədov “Kayrat” (Qazaxıstan) – “Gold menecer”, Hacıəli Ağayev isə “Paxtakor”la (Özbəkistan) Türkiyənin aşağı liqa təmsilçilırindən birinin oyununa təyinat alıb

Azərbaycan hakimlərinin növbəti günlərdə də oyunlar idarə edəcəyi gözlənilir.


Dünya Çempionatı 2026
Son xəbərlər
25.06.26  18:04

"Səbail"ə qayıtdı

topaz banner