Ronaldo: "Belə insanlar heç vaxt stadiona buraxılmamalıdır"

Ronaldo: "Belə insanlar heç vaxt stadiona buraxılmamalıdır"
DÜNYA FUTBOLU 13 Sentyabr 2026 / 14:55 304
-  A +

Portuqaliya millisinin və “Əl-Nəsr”in kapitanı Kriştiano Ronaldo azarkeşlərin “Əl-Hilal”ın yarımmüdafiəçisi Ruben Neveşə qarşı davranışına münasibət bildirib.

QOL.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Səudiyyə Ərəbistanı Pro Liqasının 7-ci turunda “Əl-Nəsr” “Əl-Hilal”a 0:6 hesabı ilə məğlub olub. Qarşılaşma zamanı azarkeşlər Ruben Neveşdə top olan zaman “Jota, Jota” şüarları səsləndirib.

Ronaldo bu davranışı pisləyib: “Liqa belə davranışlara qarşı tədbir görməli və azarkeşləri cəzalandırmalıdır. Bu artıq futbol deyil və müəyyən sərhədlər olmalıdır. Belə davranan insanlara bir daha heç vaxt stadiona giriş icazəsi verilməməlidir”.

Qeyd edək ki, Portuqaliya millisinin hücumçusu Dioqu Jota 3 iyul 2025-ci ildə 28 yaşında avtomobil qəzasında həyatını itirib. Onun qardaşı Andre Silva da qəza zamanı həlak olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner