"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"

"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
DÜNYA FUTBOLU 5 İyul 2026 / 18:44 460
-  A +

DÇ-2026-nın 1/8 finalında Meksika millisi İngiltərə ilə qarşılaşacaq.

QOL.az xəbər verir ki, Meksika yığmasının baş məşqçisi Xavyer Agirre oyundan öncə FİFA-nın rəsmi saytına açıqlama verib.

“Onların həm Premyer Liqada, həm də xaricdə çıxış edən güclü futbolçuları var. Fiziki cəhətdən çox hazırlıqlıdırlar və keyfiyyətli futbol oynayırlar. Qaret Sautgeytin dövründə komandanın oyununda baş verən dəyişiklikləri görmüşdüm, Tomas Tuxel də bu xətti davam etdirir. İngiltərə iki fərqli üslubda oynaya bilir. Əvvəllər sürətli və birbaşa hücumlara üstünlük verirdilər, indi də bunu edirlər. Amma lazım gəldikdə oyun tərzlərini dəyişməyi də bacarırlar. Meksika futbolunun tarixində çox tarixi oyunlar olub. İngiltərə ilə qarşılaşma da onlardan biri olacaq”.

Qeyd edək ki, Meksika - İngiltərə görüşü iyulun 6-da, Bakı vaxtı ilə 04:00-da keçiriləcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner