Keysuke Honda Yaponiya millisinin baş məşqçisi ola bilər

Keysuke Honda Yaponiya millisinin baş məşqçisi ola bilər
XƏBƏR 2 İyul 2026 / 13:01 457
-  A +

Yaponiya millisinin və "Neftçi"nin sabiq yarımmüdafiəçisi Keysuke Honda yığmanın baş məşqçisi vəzifəsinə namizədliyini irəli sürüb.

QOL.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Yaponiya yığması 1/16 finalda Braziliyaya 1:2 hesabı ilə uduzaraq DÇ-2026 ilə vidalaşıb. Lakin uğursuzluğa baxmayaraq, baş məşqçi  Hadzime Moriyasuya müqavilənin daha bir il uzadılmasının təklif olunduğuna dair məlumatlar yayılıb.

Honda isə bu xəbərlərə münasibət bildirib.

"Fikirlər fərqli olacaq, amma yenə də bunu demək istəyirəm. Oxudum ki, Hadzime Moriyasuya müqavilənin bir il uzadılması təklif olunub. Əgər bu, uyğun namizəd tapılmadığı üçün müvəqqəti variantdırsa, onda məni bir il sınayın. Asiya Kubokunda uduzsaq, heç bir müzakirə aparmadan məni istefaya göndərin. Mən millini qəbul etməyə hazıram".

Qeyd edək ki, Honda 2021-ci ildə "Neftçi"nin formasını geyinib. 


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner