Mətbuat konfransında atasının ölüm xəbərini aldı - Video

Mətbuat konfransında atasının ölüm xəbərini aldı - Video
VİDEO 2 İyul 2026 / 12:04 1574
-  A +

Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Dezabr İngiltərəyə 1:2 hesabı ilə uduzduqları 2026-cı il dünya çempionatının 1/16 final oyunundan sonra atasının vəfat etdiyini öyrənib.

QOL.az xəbər verir ki, bu barədə qarşılaşmadan sonra keçirilən mətbuat konfransında ölkə futbol federasiyasının nümayəndəsi məlumat verib. Bu zaman Sebastyen Dezabr özü də konfransda olub.

"Baş məşqçimiz atasını itirib. Ona və ailəsinə dərin hüznlə başsağlığı veririk", - deyə federasiya rəsmisi bildirib.

Qeyd edək ki, Konqo DR millisi İngiltərəyə 1:2 hesabı ilə məğlub olaraq mundialda mübarizəni dayandırıb. Bu qarşılaşma komandanın tarixində dünya çempionatının pley-off mərhələsində keçirdiyi ilk oyun idi.


Dünya Çempionatı 2026
Son xəbərlər
01.07.26  20:04

"Arsenal"dan getdi

topaz banner