“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?

“Zirə”nin “Torpedo” ilə oyunları: harada və nə vaxt?
ÖLKƏ FUTBOLU 22 İyun 2026 / 21:02 943
-  A +

UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Torpedo” (Kutaisi, Gürcüstan) oyunlarının başlama saatları müəyyənləşib.

QOL.az bu haqda UEFA-nın saytına istinadən xəbər verir. Komandalar arasında ilk görüş iyulun 8-də Sumqayıt şəhər stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Cavab matçı isə iyulun 16-da Kutaisidəki Ramaz Şengelia stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, yarışa UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən qoşulacaq Azərbaycanın digər təmsilçisi “Neftçi”nin oyunlarının vaxtı isə hələ elan edilməyib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner