Azərbaycan qadın millisinin heyəti açıqlandı

Azərbaycan qadın millisinin heyəti açıqlandı
ÖLKƏ FUTBOLU 26 May 2026 / 14:00 264
-  A +

Qadınlardan ibarət Azərbaycan millisi mayın 30-dan iyunun 5-dək Bakıda, iyunun 6-dan 10-dək isə Şimali Makedoniyada təlim-məşq toplanışında olacaq.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız hazırlıq zamanı dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 5-də saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığması ilə, ayın 9-da isə Bakı vaxtı ilə saat 21:00-da Bitola şəhərində yerləşən “Petar Miloşevski” stadionunda Şimali Makedoniya seçməsi ilə qarşılaşacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını nəzərinizə çatdırırıq:

Aytac Şərifova, Jalə Məhsimova, Sevinc Cəfərzadə (hamısı "Yüksekova", Türkiyə), Nərgiz Əliyeva ("Giresun Sanayispor", Türkiyə), Günay İsmayılova, Vüsalə Seyfəddinova, Aydan Həsənova, Manə Mollayeva, Ayşən Salamzadə, Xanım Əsədova (hamısı "Neftçi"), Mehriban Şahməmmədova (klubsuz), Nigar Mirzəliyeva ("Hamburq", Almaniya), Milana Rəhimova ("Lyuboten", Şimali Makedoniya), Yeliz Açar, Esra Manya ("Beşiktaş", Türkiyə), Alina Nəhmədova ("Partizan", Serbiya), Aysun Muradova ("Haymana", Türkiyə), Kamilla Məmmədova ("Dirçəliş"), Nərgiz Hacıyeva ("Turan", Qazaxıstan), Diana Məmmədova, Alina Dorofeyeva ("Rubin", Rusiya), Coşqunə Əliyeva ("Qaziantep", Türkiyə), Peritan Bozdağ ("Fənərbaxça"), Kristina Bakarandze ("Nike Lusso", Gürcüstan)


Son xəbərlər
25.05.26  19:14

"Real"a keçə bilər

25.05.26  18:49

Messi zədələnib?

topaz banner