Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi

Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
ÖLKƏ FUTBOLU 25 May 2026 / 17:37 1674
-  A +

"Qarabağ"ın futbolçusu Toral Bayramov karyerasını Türkiyədə davam etdirəcək.

QOL.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Klubun məlumatına görə, Türkiyənin köklü klublarından olan “Bursaspor”un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb.

Beləliklə, Ağdam təmsilçisi Toral Bayramovun transferi ilə bağlı “Bursaspor” klubunun təklifini müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub.

Qeyd edək ki, 2020-ci ildən əsas komandada çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.

Daha çox


Son xəbərlər
topaz banner