Nəriman asist etdi, komandası yarımfinala yüksəldi

Nəriman asist etdi, komandası yarımfinala yüksəldi
DÜNYA FUTBOLU 21 May 2026 / 09:19 168
-  A +

Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin də çıxış etdiyi “Kolumbus Kryu” ABŞ Kubokunda 1/4 final matçını keçirib.

QOL.az xəbər verir ki, komanda “Nyu York Siti” ilə qarşılaşıb. Görüşdə “Kolumbus Kryu” qələbə qazanıb və yarımfinala yüksəlib - 1:0.

Nəriman da bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunun məhsuldar ötürməsini də Nəriman verib.

“Kolumbus Kryu”nun yarımfinaldakı rəqibi “Orlando” olacaq.


Son xəbərlər
20.05.26  16:53

11 illik dövrün sonu

topaz banner