Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.
QOL.az xəbər verir ki, yarışın beşinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.
Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridze (9:0), türkiyəli Yiğit Egemen (10:0) və rusiyalı Asilder Asluyevə (10:0) heç bir şans tanımayaraq finala vəsiqə qazanıb. Hüseyn sabah həlledici görüşdə ukraynalı Volodimir Boykoyla üz-üzə gələcək.
Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit (8:5) və slovakiyalı Patrik Vetrakı (6:0) mübarizədən kənarlaşdırsa da, yarimfinalda ermənistanlı Suren İşxanyanla bacarmayıb – 4:15. Abbas sabah bürünc medal görüşünə çıxacaq. Rəqibi İssa Çurayev (Fransa) – Kiril Şumeyko (Macarıstan) qarşılaşmasının qalibi olacaq.
Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gəldikdən sonra türkiyəli Aydıncan Gümüşdağ (7:3) və ukraynalı Teymur Abumislimovu (3:1) üstələyib. Rəşid yarımfinalda fransalı Saşa Oberi vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Nazarov sabah finalda rusiyalı Maksim Monquşla güləşəcək.
Nihad Süleymanlı (80 kq) gürcüstanlı Rati Revazaşvili (7:2), macarıstanlı Zeteni Tuği (7:0) və rusiyalı Rəcəb Rəcəbova (2:0) qalib gələrək adını finala yazdırıb. Nihad həlledici görüşdə türkiyəli Emirhan Çayırla qarşılaşacaq.
Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarovla (2:1) slovakiyalı Adam Koşanı (4:1) yolundan kənarlaşdırsa da, yarımfinalda gürcüstanlı Murtaz Baqdavadzeyə 0:3 hesabıyla məğlub olub. Təmsilçimizin sabah üçüncü yer uğrunda mübarizə aparacağı rəqibi rumıniyalı Marku Vintan və ya belaruslu Daniil Jivula olacaq.
Baş məşqçi futbolçudan üzr istədi
40 yaşlı qolkiper yenidən mundial yolunda
"Beşiktaş" onu hədəfə aldı
Millinin üzvləri hələ də ABŞ vizası ala bilməyiblər
"Mançester Yunayted"ə keçə bilər
Ançelottinin müqaviləsi uzadıldı
Avropa çempionatı: Xədicə Qurbanzadədən gümüş medal
"Səudiyyəyə getmək onu zəiflətmədi"
Alonso "Çelsi"dən zəmanət tələb edib
Finala vəsiqə qazanan klub casusluqda ittiham olunur
Baş məşqçinin 15 illik köməkçisi klubdan gedir
Yüksək Liqanın bürünc mükafatçısı bəlli oldu
“Liverpul”da qalacağıma əsaslarım var” - Arne Slot
“Sabah” - “Neftçi” matçının hakimləri açıqlandı
DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
"Napoli" Antonio Konte ilə bağlı qərar verib
"Mançester Yunayted"in yeni formaları - Şəkillər
"Qəbələ"nin kapitanının cəzası açıqlandı
Premyer Liqanın ən yaxşı oyunçusu kim olacaq? - 8 namizəd
Xankəndi stadionu nə vaxt hazır olacaq? - Nazir açıqladı