Azərbaycan millisi Gürcüstana da məğlub oldu

Azərbaycan millisi Gürcüstana da məğlub oldu
ÖLKƏ FUTBOLU 17 Aprel 2026 / 16:20 1026
-  A +

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində 3-cü oyununa çıxıb.

QOL.az xəbər verir ki, Həbib Ağayevinin komandası bu gün Gürcüstanla ilə üz-üzə gəlib.

Xorvatiyanın Luçko şəhərində keçirilən görüş  Gürcüstan millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisinin qolunu 5-ci dəqiqədə penaltidən Xanım Əsədova vurub.

Qrupun digər matçında Xorvatiya Çexiyaya qalib gəlib - 1:0.

Xatırladaq ki, U-19 daha əvvəl Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə uduzub.


Son xəbərlər
16.04.26  20:17

Messi klub sahibi oldu

16.04.26  17:57

"Liverpul"da qalacaq

topaz banner