“Nyukasl”ın futbolçusu Entoni Qordon Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” üzərində qələbədən (6:1) sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, ingiltərəli oyunçu 4 qol vurmaqla bu matçın ən yaxşı futbolçusu seçilib. O, cari mövsüm ÇL-də vurduğu qol sayını 10-a çatdırmaqla bombardirlər siyahısında liderlyə yüksəlib.
Qarşılaşmadan sonra UEFA-nın mətbuat xidmətinə danışan Qordon bildirib:
“Mən çox qürur duyuram. Təkcə özümlə yox, bu işə aidiyyəti olan hər kəslə. Bütün komandaya görə sevinirəm. Həlledici amil düzgün köklənmə oldu. “Qarabağ” çox yaxşı komandadır və burada oynamaq çətindir. Amma oyunun əvvəlindən tətbiq etdiyimiz pressinq matçın tonunu müəyyənləşdirdi. Biz mübarizəni dayandırmadıq və bu təzyiq bizə qol epizodları qazandırdı”.
Qordon Çempionlar Liqası ilə bağlı hədəflərindən də söz açıb:
“Çempionlar Liqasına gəlincə, məqsədimiz aydındır. Hər oyuna ayrı-ayrılıqda yanaşmaq və hər birində qalib gəlməyə çalışmaq. Rekordlar yaxşıdır, amma futbol komanda oyunudur. Fərdi nailiyyətlər yalnız komanda qalib gələndə əhəmiyyət kəsb edir. Bu gün də ən vacib olan məhz bu idi”.
“Nyukasl” - “Qarabağ” cavab matçı fevralın 24-də keçiriləcək.
Messi klub sahibi oldu
"Liverpul"da qalacaq
Arda Güler üzr istədi
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı
Azərbaycan millisi yenə qazaxlara uduzdu