Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində (şərti olaraq 1/16 final) ilk oyununa çıxıb.
QOL.az xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə mübarizə aparan Ağdam təmsilçisi İngiltərə "Nyukasl"ını Bakıda qəbul edib. Matç rəqibin 6:1 hesablı qələbəsi ilə başa çatıb. "Nyukasl"ın heyətində Entoni Qordon 4 qol vuraraq pokerə imza atıb.
Bu komandalar arasında cavab matçı isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.
Liqa mərhələsində 10 xalla "Qarabağ" 22-ci, "Nyukasl" isə 14 xalla 12-ci yeri tutmuşdu.
Xatırladaq ki, "Qarabağ" - "Nyukasl" cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi" ilə üz-üzə gələcək.
Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunlar
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) - 1:6
Qollar: Qordon, 3 (0:1), Tyau, 9 (0:2), Qordon, 32-pen. (0:3); 34 (0:4), 45-pen. (0:5), Elvin Cəfərquliyev, 54 (1:5), D.Merfi, 72 (1:6)
Hakimlər: Espen Eskos, Yan Erik Enqan, İsak Elias Başevkin, Siqurd Krinqstad
VAR: Rob Diyperink
AVAR: Dennis Hiqler
Tofiq Bəhramov adına Respublika Stadionu
Messi klub sahibi oldu
"Liverpul"da qalacaq
Arda Güler üzr istədi
Arda Güler tarix yazır
Mayami şirkəti Lionel Messini məhkəməyə verdi
"Barselona" həm də antirekordla yadda qaldı
PSJ-nin zədəli futbolçularından xəbər var
Yamal, Yıldız, Emeri ...
"Çelsi" onu göndərməyə hazırlaşır
Rafinya "Atletiko" azarkeşlərindən üzr istədi
Çempionlar Liqasının yarımfinal matçını buraxa bilərlər
Hakimə etirazına görə cəzalandırıldı
Azərbaycan millisi yenə qazaxlara uduzdu
"Liverpul"un hücumçusu mövsümü başa vurdu
"Roma"dan ayrılıb "Milan"a keçmək istəyir