İngiltərə 1-ci liqası çərçivəsində baş tutan qarşılaşmada futbol meydanlarında nadir rast gəlinən hadisə yaşanıb.
QOL.az xəbər verir ki, sözügedən hadisə "Stokport" - "Roterhem" klubları arasında baş tutan matçda baş verib. Belə ki, meydan sahiblərinin qapıçısı Ben Hinçliff kobud səhvi ilə gündəmə gəlib. Qolkiper komandasını sürətli hücuma çıxarmaq üçün topu güclü zərbə ilə irəli vurmaq istəyib. Lakin top qarşısında dayanan komanda yoldaşı Co Olovunun belinə dəyərək geri qayıdıb və Hinçliff çarəsiz baxışlarla topun öz qapısından keçməsini izləyib.
Matçın digər ən maraqlı məqamı da budur ki, "Stokport"un 3:2 hesablı qələbəsi ilə başa çatan 5 qolluq matçda ümumilikdə 3 avtoqol qeydə alınıb.
18 yanvar
"Stokport" – "Roterham" - 3:2
Qollar: S.Raggett, 13-avtoqol, C.Douson, 55-avtoqol, B.B.Andresson, 76 – J.Olovu, 42-avtoqol, S.Nombe, 60
"Stokport"un baş məşqçisi Deyv Çallinor matçdan sonra baş verənlərə bu cür reaksiya verib: "Bu, bir çoxlarının əvvəllər bəlkə də heç izləmədiyi epizodlarla zəngin matç idi. Lakin məni bu qollardan daha çox komandanın hadisəyə verdiyi reaksiya narahat etdi".
"Barselona"nın baş məşqçisi futbolçularına xəbərdarlıq edib
Afrika Millətlər Kubokunun bürünc mükafatçısı bəlli oldu
FİFA prezidentinin maaşı 4 dəfə artıb
“Bavariya” 17 yaşlı futbolçu üçün hərəkətə keçdi
"Çelsi" evdə qələbə qazandı
"Tottenhem" baş məşqçisi ilə yollarını ayırır?
“Turan Tovuz” ev oyunlarını yenə Bakıda keçirəcək
“Neftçi”də yeni transfer olacaq? - Yuri Vernidub danışdı
Millinin etirazı təmin olundu - Məşq stadionu dəyişdirildi
Mbappe bu göstəricidə yalnız Ronaldodan geri qalır
"Real" "Levante"yə qalib gəldi
“Turan Tovuz”un ilk sınağı uğursuz oldu
"Çelsi"dən gənc müdafiəçi üçün 50 milyonluq təklif
Mançester derbisində möhtəşəm qələbə qazandılar
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Fənərbaxça"nın futbolçusu sıradan çıxdı
“Sabah”dan 9 qollu qələbə
“Gənclərə və yeni transferlərə şans verdik” - Azər Bağırov