“Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun rəsmi saytına müsahibəsində komandanın təlim-məşq toplanışını dəyərləndirib.
QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis toplanışın yüksək səviyyədə təşkil olunduğunu bildirərək yaradılan şəraitə görə rəhbərliyə, yükləmələri layiqincə yerinə yetirdikləri üçün isə futbolçulara təşəkkür edib. O, komandada ciddi zədəli oyunçunun olmamasını sevindirici hal kimi qiymətləndirib:
"Bəzi oyunçularda mikro zədələr var, onları qısa müddətdə aradan qaldıracağıq. Məyus edən yeganə məqam Ortisin hərarət səbəbindən məşqdən kənar qalmasıdır, lakin 1-2 günə vəziyyəti normallaşacaq".
Vernidub komanda daxilindəki ailə ab-havasını qorumaq üçün heç kimi xüsusi fərqləndirmək istəməsə də, gənc futbolçu Murad Məmmədov barədə xüsusi danışıb:
"Əgər bu cür davam etsə, Muradı çox böyük gələcək gözləyir".
Məşqçi həmçinin “Neftçi-2”dən qoşulan Nihad Əliyev və Məhəmməd Məmmədliyə məşq prosesindəki köməklərinə görə minnətdarlıq edib və onları izləməyə davam edəcəklərini bildirib.
Transfer məsələlərinə toxunan mütəxəssis hazırkı heyətdən razı olduğunu, lakin "Neftçi" səviyyəsinə uyğun oyunçu tapılarsa, bu variantı nəzərdən keçirəcəklərini vurğulayıb:
"Hazırda nəyisə dəyişməyə ciddi ehtiyac görmürəm. Çünki komandada kifayət qədər futbolçu var, hamı istəklidir və çalışır, bu da məni qane edir. Bununla belə, əgər bizə maraqlı və “Neftçi” səviyyəsinə layiq bir futbolçu olarsa və o da komandamıza qoşulmaq istədiyini bildirərsə, əlbəttə ki, bu variantı nəzərdən keçirəcəyik. Açığı, bu mövzuda danışmaq çətindir, çünki hər məşqçi heyətin güclənməsini istəyər. Lakin hazırda futbolçularımız var və biz də, onlar da qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə və mövcud vəziyyəti düzəltməyə hazırıq".
Qarşıdan gələn "Zirə" matçı və Bakıdakı hava şəraiti barədə danışan baş məşqçi, temperatur fərqinin (Antalyada +25, Bakıda +5) problem yaratmayacağını, əsas məsələnin çempionatın son 17 turuna 150 faiz hazır olmaq olduğunu qeyd edib.
Sonda Yuri Vernidub azarkeşlərə səslənib:
"Azarkeşlərə demək istəyirəm ki, heç vaxt komandadan üz döndərməsinlər. Vəziyyətin nə qədər ağır və ya asan olmasından asılı olmayaraq, tribunaya gəlin. Siz hər zaman komandanın yanında olmalısınız. Komanda isə ən yaxşı nəticəni göstərmək üçün əlindən gələni edəcək".
PSJ ilə 100-cü qələbə
"Qəbələ"nin sabiq futbolçusu "Kayrat"da
"Bu gün nisbətən yaxşı oyun nümayiş etdirdik" - Saşa İliç
"Sumqayıt" "Osiyek"ə məğlub oldu
"Zirə" Ukrayna və Çexiya komandalarına uduzdu - Yenilənib-2
5 oyunda 6 qol vurdu, ayın ən yaxşısı seçildi
"Neftçi" Çin klubuna qalib gəldi
Cenk Tosunun yeni klubu rəsmiləşdi
Premyer Liqada ötən ayın ən yaxşı məşqçisi məlum oldu
Konfrans Liqasında pley-offun püşkü atıldı
Nabi Keyta "Ferentsvaroş"da qaldı
U-21 millimiz yoxlama oyununda qalib gəldi
Bu gün “Qarabağ”da debüt etdilər - Şəkillər