“Liverpul”un futbolçusu sıradan çıxıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın cinah müdafiəçisi Konor Bredli İngiltərə Premyer Liqasında "Arsenal"la baş tutan (0:0) matçda aldığı zədə səbəbindən mövsümü vaxtından əvvəl başa vurub.
Klub hələki yaxın günlərdə əməliyyat olunacaq futbolçunun yaşıl meydanlara qayıtması ilə bağlı açıqlama verməyib. İlkin məlumata görə, müdafiəçi cari mövsümdə komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, 22 yaşlı Bredli bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, futbolçunun "Liverpul"la hazırkı müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. Qarşılaşma yanvarın 28-i Bakı vaxtı ilə 23:59-da, İngiltərə vaxtı ilə isə saat 20:00-da start götürəcək.
Ciddədə "El Klasiko"
Azərbaycan çempionları müəyyənləşdi
"Fənərbaxça" "Qalatasaray"a qalib gəldi, Superkuboku qazandı
Bonifase əməliyyat olunacaq
"Bavariya" 16 yaşlı futbolçunu hədəf aldı
"Hesaba aldanmaq olmaz" - Andrey Demçenko
"Arsenal" 5 futbolçusu ilə müqaviləni uzadır
Van Deyk: "Daha bir neçə il oynayacağam"
"Araz-Naxçıvan"dan 7 qollu qələbə
"Ayaks" İbrahimoviçin oğlunu istəyir
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
"Roma" səhhətində problem yaranan futbolçunu satdı
"Qarabağ" da Türkiyəyə getdi - Şəkillər
"Çelsi"nin futbolçusu "Middlsbro"ya keçdi
"Fənərbaxça" qapıçısını icarəyə göndərdi
2 ay Mbappe, 2 ay Yamal
Vircil van Deyk karyerasını bitirirmi?