“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
QOL.az azerisport.com saytına istinadən xəbər verir ki, o, jurnalistlərin bir neçə sualını cavablandırıb.
- Komandanızın hazırkı vəziyyəti və planlarınız necədir?
- Düşünürəm ki, komanda yaxşı istirahət etdi. Sadəcə bəzi futbolçular, daha dəqiq desəm, Toral Bayramov və Aleksey Kaşçuk xəstələndilər. Buna baxmayaraq, yaxşı əhval-ruhiyyədə qayıdıblar, üzləri gülür. Məşqlərə yüksək motivasiya ilə çıxırlar.
- “Qarabağ” təlim-məşq toplanışında daha güclü rəqiblərlə oynamaq və ya hazırlığa Abu-Dabi və ya Dubaya yollanmaq istəyi olmadı? Bəlkə pula qənaət etməyə qərar verdiniz?
- Bu baxımdan problemimiz yoxdur. Güclü rəqiblərimiz olacaq. Hazırlıqla bağlı çətinlik yaşamayacağıq. Bizdə müəyyən çatışmazlıqlar var idi ki, bunlar qismən yorğunluq və psixoloji gərginliklə bağlı idi. Bu da bəzi məqamlarda intizamın pozulmasında özünü göstərirdi. Bizə istirahət lazım idi.
- “Qəbələ” ilə oyundan sonra futbolçularınıza zənglərin gəldiyini demişdiniz. Hələ də zəng edirlər?
- Bəli. Çalışırıq bunu yoluna qoyaq. Hər bir futbolçunu başa düşmək olar. Onlara iradım yoxdur, daha çox zəng edənlərdən narazıyam. Bir futbolçu ilə bir tərəfin maraqlanması başqa şeydir, amma hamının vasitəçi olmaq istəməsi tamam başqadır. Elə təəssürat yaranır ki, onları futbolçunun gələcəyi narahat edir.
- Marko Yankoviçlə bağlı vəziyyət necədir?
- Hər şey qaydasındadır.
- Komandada qalır, yoxsa gedə bilər?
- Onun gedişi ilə bağlı məndə heç bir məlumat yoxdur.
- Bəs yerli futbolçulara maraq necədir?
- Hamısına maraq var. Hətta yerli futbolçulara maraq daha çoxdur.
- Yanvarda kimsə komandadan gedə və ya komandaya qoşula bilərmi?
- Hazırda danışıqlar apardığımız konkret namizəd yoxdur.
- Hansı mövqelər üçün futbolçu axtarırsınız?
- Hər mövqe üçün. Hazırda iş vaxtımızın böyük hissəsini transferlərə ayırırıq. Çoxlu potensial futbolçular izləyirik. İş dayanmadan gedir. Bəzi mövqelərdə futbolçu sayını artırmaq istəyirik. Keçən il çox güc sərf etdik. Əgər belə davam edərsə, futbolçuların gücü çatmayacaq, psixoloji cəhətdən tab gətirməyəcəklər. Bu səviyyədə qalmaq istəyiriksə, daha çox futbolçuya ehtiyacımız var. Bu, bizə kömək edəcək.
- Premyer Liqada “Sabah”ın liderliyi sizi narahat edir?
- Bu, normal prosesdir. Həmişə narahat oluruq. Yalnız çempion olanda rahat oluruq. Amma bütün komandalarımızın uğurlarına sevinirik. Elə bir qanun yoxdur ki, hər mövsüm mütləq çempion olmalısan. Hər yerdə çempionlar dəyişir. Mövsüm gərgin keçir və bu da yaxşıdır.
- Bir neçə mövsüm əvvəl çempionluğu əlinizdən alan “Neftçi” ilə müqayisədə bu “Sabah” daha güclüdür?
- Mənim tərəfimdən hər iki komandanı müqayisə etmək düzgün olmazdı. Futbolçularım özlərinə gəlirlər. Ola bilsin ki, son vaxtlar rəqiblərimiz mübarizəyə daha köklənmişdilər. Bizim gərgin oyunlarımız oldu, Çempionlar Liqasında iki oyunda uduzduq. Amma “Sabah”ın gördüyü işi qeyd etmək lazımdır: oyunları və işi gələcəyə hesablanıb. Belə iddialı klubun olmasına sevinirəm.
"Neftçi" Çempionlar Liqası klubunu belə məğlub etdi - Video
"Çelsi"yə ittiham irəli sürüldü
Xabi Alonso Qvardiolanı əvəz edə bilər
Ştegen "Barselona"dan ayrılır
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatına yekun vuruldu
Kenan Yıldız "Yuventus"un ən yaxşısı seçildi
"Fiorentina" müdafiə xəttini gücləndirdi
125 il əvvəlki formada meydana çıxacaqlar
Rafinya "Barselona" tarixində ilk 50-liyə düşdü
Cənubi Amerikada ən bahalı transfer gerçəkləşir
"Neftçi" "Kayrat"a böyük hesabla qalib gəldi
"Bu cür matçlarda nəticə vacib deyil" - Saşa İliç
"Kəpəz"in legionerinin qolu liqanın ən yaxşısı seçildi
"Sumqayıt" Macarıstan klubuna böyük hesabla uduzdu
“Qalatasaray” - “Fənərbaxça” derbisinin vaxtı dəyişdirildi
AFFA 3 komandanın şikayətini təmin etdi
"Neftçi" TV-nin lisenziyası ləğv edildi
Artetadan azarkeşlərə müraciət
"Difai" onunla da vidalaşdı
"Qəbələ"də ayrılıq
Dünyada şübhəli oyunların sayı kəskin artıb
Keyn Bundesliqada ən yaxşı seçildi
"Arsenal"ın futbolçusu üzr istədi
“Mançester Siti” 70 milyonluq yeni transferi açıqladı
"Turan Tovuz"un Rumıniya komandası ilə oyunu ləğv olundu
"Məni başa düşən 3-4 nəfərdir"
"Çelsi"də Rozenyorun köməkçiləri müəyyənləşdi
"Futbolçularımdan yox, onlara zəng edənlərdən narazıyam"
Qurban Qurbanovdan Yankoviç açıqlaması
Renat Dadaşov "Qarabağ"ın transfer siyahısında varmı?
"Liverpul" "Qarabağ" azarkeşləri üçün neçə bilet ayırıb?
Alleqri "Milan"la 200-ə çatdı
"Arsenal" - "Liverpul" oyununda dava - Şəkillər
Əla seyvlər, gözəl qollar - Finaldan video
"Milan" məğlubiyyətdən son anda qurtuldu - Video
PSJ superkuboku qazandı
Ronaldo qol lideri oldu, komandası uduzdu
İngiltərəli futbolçu yeni antirekorda imza atdı
Bundesliqa matçı təxirə salına bilər