Bakı" klubunun uşaq və yeniyetmələr üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalı veteran futbolçularla silsilə müsahibələri davam etdirir. Qol.Az-ın məlumatına görə, rubrikanın bugünkü qonağı uzun illər əsas və gənclərdən ibarət Azərbaycan milli komandalarında baş məşqçi işləmiş Şakir Qəribovdur.
O müsahibəsində uşaqlıq illəri, futbolçu və məşqçi karyerasına bir daha nəzər salaraq, bu günə kimi qaranlıq qalan bir sıra məqamlara aydınlıq gətirib.
Uşaqlıq illəri
Mən Sabirabad rayonunda Avtobaza adlanan yaşayış sahəsində, çayçı ailəsində doğulmuşam. Uşaqlığım atamın işlətdiyi çayxanada keçib. Səhərdən günortaya kimi həmin çayxanada işləyir, sonra məktəbə gedirdim. Bizim çayxananın yanında bağ vardı. Müştəri olmayanda topumu götürüb ora gedər, uşaqlarla futbol oynardıq. Orada özümüz üçün meydança düzəltmişdik. Məhəllə uşaqları ilə başqa həyətlərin uşaqları ilə də oynayırdıq.
Futboldan sonra evə gəlib yuyunar, paltarımı dəyişib, məktəbə gedirdim. Açığı, dərslərimi elə də yaxşı oxumurdum. Çox vaxt axırıncı dərslərdən qaçırdıq ki, gəlib futbol oynayaq. İndiki vaxtımda dərslərimi daha yaxşı oxuyardım.Ailəmiz çox kasıb olduğu üçün məni futbola qoymurdular. Ailəmiz çox böyük idi. Altı qardaş, iki bacı olmuşıq. İşləmək, pul qazanıb ailəyə kömək etmək lazım idi. İndi ötən günlər barədə danışmaq asan görünsə də, o vaxt vəziyyətimiz çox çətin idi. Çətinliklər gördüyüm üçün indi mənə həyatda çox şey asan gəlir.
Qonum-qonşu atama mənim yaxşı futbol oynadığımı deyirdi. Çox vaxt məni özümdən böyük uşaqlar özləri ilə qonşu kəndlərə də aparırdı. Balaca olsam da, onlarla başa-baş oynaya bilirdim. Bərkdən-boşdan çıxıb, əmələ gəlmişdim. Atam bir gün bezib, məni rayonun idman məktəbinə apardı. Orada məni bəyəndilər. Tez-tez yarışlarına gedirdik. Adətən, yarışların hakimləri Bakıdan gəlir, rayon komandalarda fərqlənən uşqların adını İdman Komitəsinə verirdilər.
1973-cü ildə Sabirabaddan Ruslan Həbibovla mənim adım o siyahıya düşdü. Hər ilin noyabrında ən perspektivli yeniyetmə futbolçuların baxışı olurdu. O vaxtkı “Spartak” stadionunda keçirilən baxışa bütün məşqçilər gələrdi. Hər məşqçi uşaqlara baxıb, qeydlərini aparardı. Bəyənilən uşaqlar bu cür özlərinə komanda tapırdı. Məni və dostum Ruslanı “Dinamo” Kirovabadın (Gəncə) baş məşqçisi Vaqif Abbasov öz komandasına dəvət etdi. Qeydlərini aparandan sonra biz rayona qayıtdıq.
Heç 10 gün keçməmişdi ki, “Neftçi”dən bizimlə bağlı teleqram gəldi. Bizim poçtda işləyən oğlan da bizimlə futbol oynayanlardan idi. Qeyd edim ki, o adam elə bu gündə orada işləyir. O poçtdan bizim çayxanaya kimi 200 metrlik yolu qaça-qaça gəlib, bu xəbəri böyük qardaşım Bəhrama çatdırıb, muştuluğunu istədi. O əvvəlcə paçtalyonun bu xəbərinə inanmadı. Bu xəbər kənddə ildırım sürəti ilə yayıldı. Qardaşım məni çağırıb :“biz səni futboldan uzaqlaşdırırıq, sənə isə “Neftçi”dən məktub gəlib, Bakıya çağırırlar”.Bu xəbəri eşidəndə sevincimin hədd-hüdudu yox idi. O günə kimi, biz “Neftçi”nin futbolçularını televizorda, qəzetlərdə görmüşdük.
O vaxtlar çempionatın sorğu–təqvimi buraxılırdı. Hər il komandaların heyətləri çıxırdı. “Neftçi”nin futbolçularının şəkillərini, doğum tarixlərini orada görmüşdük. Ən çox Anatoli Banişevski, Kazbek Tuayev və Sergey Karamarenkonu bəyənmişəm. Onların şəkillərini cibimdə gəzdirirdim. Uşaq vaxtı arzulayırdım ki, görəsən nə vaxtsa mən bu insanları yaxından görə biləcəyəmmi?Birinci dəfə “Neftçi”nin bazasına gələndə gözlərim qaraldı. Həyatımın ən sevincli günlərindən biri idi. Gözüm oyunçuları axtarırdı. Mənə elə gəlirdi ki, Anatoli Banişevski iki metr boyundadır. Futbolçuları başqa cür təsəvvür edirdim. Onları yaxından görmək özü böyük bir sevinc idi.
Bazada baxışa gələn 60 nəfər gənc futbolçu vardı. 1973-cü ilin dekabrindan 1974-cü ilin mart ayına kimi burada baxışda oldum. Məşqçilər tərəfindən ələnib sona qalan uşaqların içində mən də yer alırdım. Martda “Paxtakor”la kubok oyunundan sonra Ruslanla mənə dedilər ki, sizi saxlaya bilərik, amma mavacib verə bilmərik. Amma sizin futboldan getməyiniz də istəmirik. Ona görə Gəncəyə gedin. Gözümüzün qabağında olun. Lazım olanda sizi çağıracağıq.
O vaxt istər əsas, istərsə də əvəzedici heyətdə yerlər dolmuşdu. 1973-1975-ci illərdə “Dimano”da II dəstədə oynadıq. 1975-ci ildə hərbi xidmətəyollandım. Vaqif Abbasovun köməyi ilə Bakıda OİK-də xidmət etdim.
Böyük futbol
Hərbi xidmətdə olduğum zaman demək olar həftədə bir dəfə “Neftçi”ilə yoldaşlıq oyunu keçirirdik. O zaman komandaya Gennadi Bondarenko başçılıq edirdi. Oyunların birindən sonra Bondarenko məni və Vaqif İbrahimovu “Neftçi”yə dəvət etdi. Qalan məsələləri özləri həll etdi.O vaxt orduya gedəndə pasportlar təhvil verilirdi. 1978-ci ildə biz hərbi xidməti başa vurana kimi yerli oyunçu olduğumuza görə əvəzedici heyətdə oynadıq. Həmin ilin yanvarın 1-dən “Neftçi”yə ştata götürüldüm. Hadisələri qabaqlayaraq qeyd edim ki, bu komandada 230 oyun keçirdim və 7 qol vurdum. Həmin il yüksək liqaya vəsiqə qazandıq.
Altı aylıq fasilə ilə 11 mövsüm “Neftçi”də oynamışam.1985-ci ildə Moskvadan komandaya baş məşqçi gətirildi. O heyətdə köklü dəyişikliklər etməyə qərar verdi və əsas heyətdən 11 futbolçunu kənarlaşdırdı. Məndə həmin futbolçulardan idim ki, üz tutdum Gəncəyə. “Kəpəz”də oynadığımız müddətdə komanda əksər oyunlarda qalib gəlirdi. Açığı həmin vaxt “Kəpəz”i “Neftçi”dən çox sevirdilər. 1986-cı ildə çempionat bitən kimi Aleksandr Sevidov komandaya baş məşqçi təyin edilldi. Komandadan göndərilən əksər futbolçular geri qaytarıldı.
1988-ci ilin noyabrında mən komandadan kənarlaşdırıldım. Üstündən iyirmi ildən artıq vaxt keçməsinə baxmayaraq bu olaylar mənim üçün hələ də qaranlıq olaraq qalır. Bəzi adamların adlarını çəmkək istəmirəm. Amma onlar səhv etdilər. İkinci dəfə heç bir günahım olmadan futboldan ayrılmalı oldum. Karyeramı vaxtsız bitirməyim məni çox üzdü. Hələ 4-5 il də oynaya bilərdim. Buradan çıxarılanda qəlbimdə hamıdan incidim.
Anatoli Andreyeviç Banişevski
Karyeramı “Kəpəz”də bitirdim. 1988-ci ilin sonuna kimi, təxminən, 6 ay bu komandada forma geymişəm. Bura gəlişimin səbəbi Anatoli Banişevski amili idi. O burada baş məşqçi işləyirdi. Allah ona qəni-qəni rəhmət eləsin. Banişevski Azərbaycanın futbol gerbidir. Bu gün hər hansı futbolçu, məşqçi və ya klub rəhbəri ona hörmətlə yanaşmırsa, mən ona Azərbaycan vətəndaşı deməzdim.
Banişevski Azərbaycan futbolunun dahisidir. İstər futbolçu kimi istərsə də bir insan kimi o hər zaman əlçatmaz olacaq. Minlərlə gəncə yol göstərmiş, öz bacarığını, təcrübəsini ürəklə, təmənnasız olaraq öyrədən Banişevski mənim mənəvi atam olub.
Məşqçilik fəaliyyəti
Karyeramı bitirəndən sonra məşqçi işləmək istəyirdim. İlk olaraq Anatoli Andreyeviç Banişevskidən məsləhət aldım. O dedi ki, səndə ki bu xasiyyət var, hansı işdən yapışsan bacararsan. İlk olaraq öz rayonumuza getdim. 1989-cu ildə Azərbaycan çempionatında mübarizə aparan “İnşaatçı” komandasını ölkə çempionu etdim. Bu işdə mənə Banişevskidən ilə bərabər Ağasəlim Mircavadov da dəstək verdi. O vaxt ölkə çempionu olan klub növbəti il SSRİ II dəstəsinə vəsiqə qazanırdı. Həmin il Azərbaycan SSR İdman Komitəsi bizə vəsiqə vermədi. Etirazımı bildirsək də, heç nə alınmadı. Bunun səbəbləri mənə qaranlıq qalıb.
Növbəti il “Qarabağ” ölkə çempionu olub II dəstəyə getdi. 1990-cı ili də Sabirabadda çalışıb, Bakıya qayıtdım. Kommersyiya fəaliyyəti ilə məşğul oldum. 90-cı illərin əvvəli kökəlməyə başladım. 100 kq-a yaxın çəkim vardı. 25 kq artıq çəkim yaranmışdı. Bir gün “Neftçi”nin veteranları idman zalında futbol oynayan zaman rəqiblə çiyin-çiynə mübarizədə yıxıldım. Çənəm döşəməyə dəyib zədələndi. Duş qəbul edən zaman güzgüyə baxıb, güldüm. Bu epizodun artıq çəkim ucbatından baş verdiyini başa düşdüm. İki ay ərzində özümü 20 kiloqram arıqlatdım. Bundan sonra yenidən mütəmadi olaraq imanla məşğul olmağa başladım.
1995-ci ildə Nəqliyyat Nazirliyinin “Aftomobilçi” mini futbol komandasına baş məşqçi təyin edildim. 1996-cı ildə biz ölkə çempionu titulu və Azərbaycan kubokunu qazandıq. 1997-ci ildə də ölkə çempionu olduq. Paralel olaraq mini futbol üzrə milli komandanın məşqçisi kimi fəaliyyətimi davam etdirirdim. O vaxt maddi vəziyyətin çətin olması səbəbindən 1998-ci ildə komanda çempion ola bilmədi və mən mini futboldan kənarlaşdım. İki il futboldan kənar qaldım. Sonra başa düşdüm ki, bu həyat mənim üçün deyil2000-ci ildə “Neftçi”nin baş məşqçisi İsgəndər Cavadov məni yanına məşqçi götürdü. 7-8 ay burada işlədim. İqor Ponamaryov milli komandaya baş məşqçi təyin olunana kimi Rəşid Özbəyovla birgə milli komandada məşqçi kimi fəaliyyətimi davam etdirdim.
Həmin ilin sonunda mən U-19 millinin baş məşqçisi təyin olundum. Sonrakı illərdə də əsas millidə məşqçi kimi işimi davam etdirdim. 2002-ci ildə futbolumuzda baş verən utandırıcı olaylardan sonra vəziyyət dəyişdi. Yeni rəhbərliyin seçilməsi ilə futbolun inkişafına da yeni nəfəs gəldi.2004-2008-ci illər ərzində çalışdığım komandalara yüzə yaxın uşaq cəlb etmişik. Bu gün Premyer Llqada mənim rəhbərliyim altında ilk addımlarını atan 40-dan çox uşaq var. Biz inkişafa gec başlamışıq. 2003-cü ildə istedadlı uşaqları axtaranda Bəxtiyar Soltanov, Nizami Hacıyev, Rahid Əmirquliyev, İsabala İsrafilov, Elvin Məmmədov, Maksim Medvedev, Rauf Əliyev kimi yeniyetmələr hələ peşəkar səviyyədə futbol oynamırdı.
“Bakı” örnəkdir
Hafiz Məmmədov səmimi və ciddi insandır. Onun kimi bir adamın futbolumuzda olmasına sevinirəm. Inaniram ki, bu qayğının qarşılığında futbolçular yetişəcək. “Bakı”nın maddi- texniki bazası bütün klublara nümunə ola bilər. Blirəm ki, “Bakı”da istedadlı uşaqlar çoxdur. Yaxın illərdə milli komandaların əsasını “Bakı”nın uşaq –gənclər futbol məktəbində yetişən futbolçular olacağına inanıram. “Bakı”nın yaratdığı bu şəraiti bütün klublarımızın öz futbolçularına yaratmasını arzuluyuram.
Futbolçu başqa idman növləri barədə də məlumatlı olmalıdır. Mənim də bir sıra idman növlərinə marağım olub. Stolüstü tennis üzrə ustalığa namizədəm, volleybolda isə I dərəcəni almışam.
Futbol oynadığım zamanlarda çox intizamlı oyunçu olmuşam. 10 il klubun bazasında yaşamışam.Bir sözlə “Bakı”nın gənc futbolçularına səbirli, əzmkar olmağı arzulayıram.
"Jirona"dan "Araz-Naxçıvan"ın rəqibinə keçdi
"Qarabağ" Dublindədir - Şəkillər
Sabiq "Qalatasaray"lı Türkiyəyə qayıtdı - Rəsmi
"Qəbələ"nin legioneri "Şamaxı"da baxışdadır
"Kəpəz" "Qəbələ" ilə qarşılaşdı
"Şamaxı" "Karvan"a qalib gəldi
Yeni transfer Liverpuldadır
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
"Neftçi" məşqçisi ilə yollarını ayırdı
"Atletiko"dan "İnter Mayami"yə
"Bavariya" "Liverpul"un oyunçusu ilə razılığa gəldi
Azərbaycan klublarının Konfrans Liqasında potensial rəqibləri müəyyənləşdi - Yenilənib
"Qarabağ"ın cavab oyununun hakimləri bilindi
"Roma" yeni transferini açıqladı
Çempionlar Liqası: 3-cü təsnifat mərhələsinin püşkü
Jurnalistlərlə futbol veteranlarının oyunu keçirildi
"Səbail" yay hazırlıq planını açıqladı
Tanınmış klub superkubok yarışından imtina etdi
"Roma" onun üçün 30 milyon ödəməyə hazırdır
"Onlara dedim ki, biz cəhənnəmə gedirik?" - Mahir Emreli
"Qarabağ"ın Dublin proqramı
"Hayduk"la oyunqabağı "Zirə" və Rəşad Sadıqovdan danışdı
"Napoli" müdafiəçi aldı
"Qarabağ" azarkeşlərinə müraciət edib
Messi 5-ci dəfə MLS-in ən yaxşısı seçildi
Yalnız "Arsenal"ı istəyir
Luis Enrike "Real"ın oyunçusunu istəyir
Mourinyo öz gələcəyindən danışdı
Renat Dadaşov Polşa klubunda debüt etdi
"Roma" yeni transferini açıqladı
Azərbaycan güləşçilərindən 1 qızıl, 1 bürünc medal
Morata İtaliya klubuna keçəcək
"Portu"dan "Feyenoord"a - Rəsmi
"Atletiko"nun futbolçusu "Trabzonspor"a keçir
Millimizin sabiq üzvü bu kluba keçdi
"Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram" - Azərbaycanlı FİFA referisi
PSJ-nin qapıçısı "Milan"a keçə bilər
"Mançester Yunayted" bu hücumçunu transfer etdi
"Mançester Siti"nin yeni formaları - Şəkillər
Ozan Canlı "Volendam"dan heç-heçə
Azərbaycan millisindən 2 qızıl, 1 gümüş medal
Olimpiya çempionu 44 yaşında vəfat etdi
"Barselona" tarixinin yeni rekordu