Bu şəhərdə bütün futbol matçları təxirə salındı

Bu şəhərdə bütün futbol matçları təxirə salındı
XƏBƏR 24 Dekabr 2025 / 18:17 1011
-  A +

İranın paytaxtı Tehranda bu gün üçün nəzərdə tutulan bütün futbol matçları təxirə salınıb.

QOL.az xəbər verir ki, bu barədə Tehran Əyaləti Futbol Federasiyasının Sağlamlıq komitəsi məlumat yayıb. Buna səbəb paytaxtda hava çirkliliyinin təhlükəli həddə çatması ilə əlaqədar ekoloji vəziyyətin kəskin pisləşməsi olub. Beləliklə, şəhərdə bütün futbol oyunları və məşqlər dayandırılıb.

Qərara əsasən, bu gün rəsmi oyunlarla yanaşı komandaların açıq havada məşq etməsinə də icazə verilməyib.

Qeyd edək ki, 8,5 milyon əhalisi olan meqapolisdə vəziyyət kritik olaraq qalır. Məlumata görə, bu gün Tehranda çirklilik indeksi 149 mikroqram/metr kub təşkil edib. Bu göstərici həssas qruplar üçün təhlükəli hesab olunan turuncu zona daxilindədir və sağlamlıq üçün zərərli sayılan qırmızı zonaya olduqca yaxındır.

Daha çox


Son xəbərlər