"Barselona"nın futbolçusu həyat yoldaşı ilə birlikdə qətlə yetirildi

"Barselona"nın futbolçusu həyat yoldaşı ilə birlikdə qətlə yetirildi
XƏBƏR 18 Dekabr 2025 / 10:22 3004
-  A +

Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda qətlə yetirilib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti sosial mediada məlumat yayıb.

Futbolçu və ailəsi silahlı hücuma məruz qalıb. Nəticədə Pineyda 33 yaşında vəfat edib. Ekvador mediası oyunçu ilə birlikdə onun həyat yoldaşının da öldüyünü vurğulayır. Marionun anası isə yaralanıb.

Pineyda 2016-cı ildən bəri "Barselona"nın formasını geyinirdi. O, klubla 2 dəfə Ekvador çempionluğunu və 1 dəfə Ekvador kubokunu qazanıb. O, karyerası ərzində Ekvadorun "İndependiente del Valle" və "Nacional" komandalarında, eləcə də Braziliya "Fluminense"sində oynayıb.


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda