Bakıda "Ayaks"a möhtəşəm dəstək - Video

Bakıda "Ayaks"a möhtəşəm dəstək - Video
VİDEO 11 Dekabr 2025 / 13:43 599
-  A +

UEFA Çempionlar Liqasının 6-cı turunun "Qarabağ" - "Ayaks" matçında qonaq komanda bu mövsüm yarışdakı ilk qələbəsini (4:2) qazandı.

QOL.az xəbər verir ki, Amsterdam təmsilçisinin bu uğurunda komandanın fanatlarının da böyük rolu oldu. Baxmayaraq ki, onlar ÇL-dəki əvvəlki 5 matçın hamısında uduzaraq sonuncu pillədə idilər.

Niderlandlılar Tofiq Bəhramov adına Respublika Stadionunun qapı arxasındakı tribunaların bir hissəsini tam doldurmuşdular. Onların sayı 1400-dən çox idi. Avropadan bu qədər çox sayda xarici azarkeş Bakıya az halda gəlir.

"Ayaks" azarkeşlərinin bütün matç boyu komandalarına göstərdiyi dəstək isə yaxşı mənada heyrət doğurdu. 


Son xəbərlər