Arzusu gerçəkləşdi - Şəkillər

Arzusu gerçəkləşdi - Şəkillər
XƏBƏR 30 Oktyabr 2025 / 15:30 1455
-  A +

Bir müddət öncə DOST TV-nin efirində yayımlanan “İdmançının dostu” verilişinin qonağı olan gənc parataekvondoçu Amin Əliyev "Qarabağ" klubunun  braziliyalı futbolçusu Kadi Borgesin sadiq azarkeşi olduğunu bildirmişdi. O, Kadiyə görə özünə "Kadi" ləqəbini götürüb.

QOL.az Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, Avropa Gənclər Paralimpiya Oyunlarının qızıl medalçısı, 19 yaşlı paralimpiyaçımızın ən böyük arzusu, “köhlən atlar”ın ulduz futbolçusu Kadi Borgeslə görüşmək olub.

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən görüşdə idmançının arzusu gerçəkləşib. Kadi Borges parataekvondoçularımızın məşqinə gələrək Amin Əliyevə sürpriz edib. 

Braziliyalı futbolçu ona öz formasını hədiyyə edib. Görüşün paralimpiyaçıları üçün gələcək yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacağı qeyd edilib.




























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər