İlk dəfə İsveç çempionu oldular

İlk dəfə İsveç çempionu oldular
DÜNYA FUTBOLU 21 Oktyabr 2025 / 09:00 2377
-  A +

İsveçdə 2025-ci ilin çempionu məlum olub.

QOL.az xəbər verir ki, 27-ci turda “Geteborq”u məğlub edən (2:0) “Myelbyu” sona üç tur qalmış çempionluğu təmin edib.

66 xalla birinci olan komanda ən yaxın izləyicisi “Hammarbü”nü 11 xal qabaqlayır.

Qeyd edək ki, “Myelbyu” tarixində ilk dəfə çempion olur.

Maraqlıdır ki, “Myelbyu” 1500 nəfər əhalisi olan Hellevik kəndini təmsil edir. Komandanın baş məşqçisi Anders Torstensson əvvəllər kənd məktəbinin direktoru olub. 


Son xəbərlər