“İmişli” Misli Premyer Liqasının 7-ci turunda səfərdə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, matçdan sonra baş məşqçi Jorj Kaşkilya jurnalistlərin suallarını cavablandırıb. O, oyunu çətin və rəqibin güclü olduğunu qeyd edib:
“Matça yaxşı başladıq və komandam yüksək pressinq tətbiq edirdi. Oyunun birinci hissəsi bərabər səviyyədə keçdi, lakin rəqib standart vəziyyətdən fərqləndi. Fasilədən sonra hücumlarımız çox idi və hesabı bərabərləşdirməyə çalışdıq, amma penaltidən yararlana bilmədik. Sonda isə ikinci qolu buraxdıq”.
Baş məşqçi həmçinin meydana edilən dəyişikliklərdən danışaraq, məqsədin hücumameyilli oyunçularla hesabı bərabərləşdirmək olduğunu vurğulayıb. Penalti imkanlarının dəyərləndirilməməsinin futbolda normal olduğunu, hətta böyük ulduzların da səhv edə biləcəyini söyləyib.
Növbəti oyunlara hazırlıq barədə Kaşkilya əlavə edib: “Qələbə və məğlubiyyət futbolda var. Bu məğlubiyyət komandamızın motivasiyasını azaltmayacaq. ‘Qəbələ’ ilə matça qələbə üçün çıxacağıq və məşqlərimizi eyni ciddiyyətlə davam etdirəcəyik.”
“Sabah” səfər oyununa hazırlıqları davam etdirir - Şəkillər
Fabio Kannavaro Özbəkistan millisi ilə razılığa gəldi
“Neftçi” “Zirə” ilə matça tam heyətlə çıxacaq
“Şəfa” MOİK-ə 4 qolla qalib gəldi, “Səbail” xal itirdi
İngiltərə klubu hücumçusu ilə yeni müqavilə bağladı
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
AFFA prezidenti FİFA rəhbərinə təşəkkür etdi
Premyer Liqada 7-ci turun təyinatları açıqlandı
Bəhlul Mustafazadə: “Bundan artığı niyə də olmasın?”
Fransa millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
İlin ən yaxşı minifutbolçusu
Arteta, Qvardiola...
Almaniya millisinin heyəti açıqlandı
"Barselona"da yeni müqavilə olacaq
"Kopenhagen" Bakıda loqosuz forma ilə oynadı