Zirədə dramatik sonluq, “Araz Naxçıvan”dan qələbə

Zirədə dramatik sonluq, “Araz Naxçıvan”dan qələbə
PREMYER LİQA 3 Oktyabr 2025 / 21:28 9629
-  A +

Bu gün Misli Premyer Liqasında 7-ci tura start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. 

Turun açılış matçında “Araz-Naxçıvan” “İmişli”ni sınağa çəkib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. 

“Zirə” - “Neftçi” oyununda dramatik sonluq

Digər görüşdə isə “Zirə” doğma divarlar arasında “Neftçi” ilə üz-üzə gəlib. Bu matç dramatik sonluqla yadda qalıb. 

“Neftçi" əvvəlcə hesabda geri düşsə də, 88-ci dəqiqədə önə keçib. Lakin 90+8-ci dəqiqədə "Zirə" VAR-ın müdaxiləsindən sonra penalti qazanaraq hesabı bərabərləşdirib və matçda yekun nəticəni müəyyənləşdirib.

Misli Premyer Liqası

7-ci tur

3 oktyabr

19:30. “Zirə” - “Neftçi” - 2:2 

Qol: Giorgi Papunaşvili, 27 (1:0), Pico, 66 (1:1),  Bassala Sambu, 88 (1:2), Ruan Renato, 90+8-pen. (2:2)

Qırmızı vərəqə: Qomis, 90+9 ("Zirə")
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Əliyev
Zirə İdman Kompleksinin stadionu

17:00. “Araz-Naxçıvan” - “İmişli” - 2:0 

Qol: Simakala, 32, Ülvi İsgəndərov, 90+3
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”

4 oktyabr

17:30. “Qarabağ” - “Kəpəz”

19:30. “Sumqayıt” - “Turan Tovuz”

5 oktyabr

15:00. “Karvan-Yevlax” - “Sabah”

17:30. “Qəbələ” - “Şamaxı”

Bombardirlər:

Toral Bayramov ("Qarabağ") - 3 qol

Martins Juniyor ("Zirə") - 3 qol

Olabe Roberto ("Turan Tovuz") - 2 qol

Coy-Lens Mikels ("Sabah") - 2 qol

Ceyhun Nuriyev ("Zirə") - 2 qol

İssa Cibrila ("Zirə") - 2 qol

Ba-Muaka Simakala ("Araz-Naxıvan) - 2 qol

Daha çox


Son xəbərlər
02.10.25  17:30

Arteta, Qvardiola...