Nunu istefaya göndərildi

Nunu istefaya göndərildi
XƏBƏR 9 Sentyabr 2025 / 12:21 1506
-  A +

"Nottingem Forest" baş məşqçisi Nunu Espirito Santonu istefaya göndərib.

QOL.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərə təmsilçisi xidmətlərinə görə mütəxəssisə təşəkkür edib.

"Nottinge Forest" iyun ayında Nununun müqaviləsini 2028-ci ilin yayına qədər uzatmışdı. 51 yaşlı portuqaliyalı 2023-cü ildən klubu çalışdırırdı.

Ötən mövsüm komanda Premyer Liqanı 7-ci sırada tamamlamışd.

İngiltərə çempionatının 2025/26 mövsümünün 3 turundan sonra klub 4 xal toplayaraq turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb.


Son xəbərlər