“Çox vacib oyuna çıxırıq. İlk matçın səfərdə olması rəqib üçün üstünlükdür. Çünki iki vacib qələbədən sonra bizi qəbul edəcəklər. Çox yaxşı komandaya qalib gəliblər".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Şkendiya" (Şİmali Makedoniya) ilə sabah keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, yaxşı rəqibə qarşı oynayacaqlarını bildirib: "Biz çox istəkli komandaya qarşı oynayacağıq. Komandamız oyuna tam hazırdır. Sabah rəqibə qarşı sona qədər idmançı xarakterimizi göstərməliyik. "Şkendiya" çox istəkli və bərk komandadır. Çalışacağıq ki, yaxşı nəticə ilə geri qayıdaq".
- Yəqin ki, “Şkendiya”nın FCSB-yə qarşı hər iki oyununu izləmisiniz. Rəqibin güclü və zəif tərəfləri barədə nə deyə bilərsiniz?
- Bəli, hər iki oyunu izləmişəm. Amma burda bu haqda danışmağa ehtiyac yoxdur. Çünki hər bir komandada güclü və zəif tərəflər olur. Sadəcə çalışıb öz oyunumuzu qurmalıyıq. Rəqibə imkan verməməliyik ki, öz oyununu meydanda göstərsin. 90 dəqiqə maksimum diqqətli olmalıyıq.
-- Pley-off mərhələsindəki potensial rəqibləriniz müəyyənləşib. Bununla bağlı fikirləriniz necədir?
-- Qalib gəlsək də, məğlub olsaq da, rəqibimiz "Ferentsvaroş"la "Ludoqorets"dən biri olacaq. İkisinə qarşı da oynamışıq. Ciddi komandalardır. Çempionlar Liqasında və ya Avropa Liqasında oynamağımızdan asılı olmayaraq maraqlı matçlar olacaq. Bir-birimizi tanıyan rəqiblərik.
Bir gündə iki müqavilə
Qvardiola boşanır
Renat Dadaşov qol vurdu
"Napoli" "Brest"ə uduzdu
"Leyptsiq" Simonsun yerinə "Çelsi"dən onu istədi
Amorim gənc oyunçusunun mümkün gedişi haqda danışdı
"Qarabağ" İspaniyadan futbolçu aldı - Şəkillər
"Şamaxı" "Sumqayıt"a qalib gəldi
Lukman "Atalanta"dan ayrılmaq istədiyini açıqladı
"Atletiko" "Barselona"nın oyunçusuna göz dikdi
Mahir "Kayzerslautern"də rəsmi debüt etdi - Yenilənib
"Liverpul" yetirməsini satır
“Arsenal”ın sabiq qapıçısı “Nyukasl”da
"Yuventus"un futbolçusu "Marsel"ə keçir
Dörd cüdoçumuz Avropa kubokunun ilk günündə medal qazandı
“Şkendiya” əvvəlcə “Qarabağ”ı, sonra “pley-off”u keçməlidir…” - Şimali Makedoniyada ümidlidirlər
İngiltərə millisinin üzvü "Vest Hem"ə keçdi
Nuri Şahin “Beşiktaş”a gətirilir?