“Araz-Naxçıvan” avrokuboklardakı debüt ilində sensasiyaya imza atdı. 44 yaşlı Elmar Baxşıyevin komandası UEFA Konfrans Liqasının 2-ci mərhələsində Yunanıstanın (Saloniki) “Aris” komandasını mübarizədən kənarlaşdırdı (ilk oyun 2:1, cavab matçı 2:2).
QOL.az xəbər verir ki, Yunanıstan mediası bu uğursuzluğu komandaları üçün biabırçılıq sayır.
“Aris” şok nəticə ilə Avropa ilə vidalaşdı” - deyə sport24.gr nəşri yazır.
Media Saloniki təmsilçisinin baş məşqçisi Marinos Marinos Ouzounidis oyundan sonra mətbuat konfransında səsləndirdiyi fikirlərə də yer verib. O, uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb:
“Stadiona gələn azarkeşlər üçün çox təəssüflənirəm. Amma bu futbolçulara da sözüm yoxdur. Onlar çalışdılar. Kim düşünürsə ki, iki həftəyə komanda qurmaq olar, səhv edir. Təəssüf ki, oyunun əvvəlində bəzi təsadüfi amillərin qurbanı olduq. Qırmızı vərəqə bizə kömək etdi, amma ikinci qolu daha tez vura bilmədik ki, üçüncü qol üçün vaxt qazanaq. Futbolçular haqqında mənfi heç nə demərəm.

Marinos Marinos Ouzounidis
Biz keyfiyyətli və xarakterli futbolçular transfer etmişik. Onlar bu şansı dəyərləndirmək istəyirdilər. Amma bu turnirdə irəliləmək çox vacib idi. Bir dəfə Avropaya çıxırsan, uğur qazanmasan, hər şeyi itirirsən. Təəssüf ki, bu dəfə belə oldu. Məsuliyyəti tam olaraq mən daşıyıram. Bu futbolçular vaxt keçdikcə güclü bir komanda halına gələcəklər”.
Baş məşqçi hamını komandanın yanlnda olmağa çağırıb: “Onlara dəyər verilməlidir. Bir məğlubiyyətə görə bu komandadan üz çevirmək ədalətsizlik olar. Onlar hələ bir-birini yeni tanıyırlar, cəmi iki həftədir birlikdədirlər. Futbolun məntiqi bunu qəbul etmir. Düşünürdüm ki, bəzi prosesləri daha yaxşı idarə edə bilərəm. Gecə bizim üçün ağır olacaq, amma başımızı dik tutub yeni komanda qurmalı və yola davam etməliyik”.
Derbilərin tamaşaçı sayı açıqlandı
“Bavariya” mövsümdə ilk dəfə xal itirdi
"Ayntraxt"dan Götze ilə bağlı qərar
Millimiz mübarizəni dayandırdı
Azərbaycan derbilərini idarə edən hakimlər
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
"Bilmirəm baş hakim qərarını niyə dəyişdi" - Kurban Berdiyev
Azərbaycan derbisinə doğru: Vərəqələr, penaltilər
"Araz-Naxçıvan" “Karvan-Yevlax”a belə qalib gəldi - Video
“Tottenhem” və “Mançester Yunayted” xalları bölüşdürdü
"Oyunla bağlı çox danışmaq istəmirəm" - Elmar Baxşıyev
"Hələ ki idman xoşbəxtliyi bizdən yan qaçır" - Azər Həşimov
“Zirə" - "Turan-Tovuz" : Heyətlər
Millimiz Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
Azərbaycan derbisi üçün bütün biletlər satıldı
Ançelottidən Neymara məsləhət
"Napoli"nin gözü "Mançester Yunayted"in futbolçusunda
"Araz-Naxçıvan" - "Karvan-Yevlax": Heyətlər
Haaland: "Qvardiola dahidir"
Azərbaycan derbisinə doğru: Futbolçular
"Liverpul" onunla yeni müqavilə imzalayır
Poçettino: "Premyer Liqaya qayıdacağam"
AFFA rəsmisi UEFA-dan növbəti dəfə təyinat aldı
Arda Güler "Real"ın ən yaxşı futbolçusu seçildi
2-ci liqada 6 oyunun hakimləri açıqlandı
Danışıqlar dalana dirənib
Boyük Zəfərin 5-ci ili
Endrik “Real”ı Fransa klubuna dəyişir
“Barselona” “Nou Kamp”a qayıtdı - 894 gündən sonra
Superliqada 12-ci tur start götürüb
"Real" üçün sevindirici xəbər
Ronaldo, Pepe, Fiqu, Silva
"Fiorentina"nın yeni baş məşqçisi müəyyənləşdi
Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda nə dedi?
FİFA prezidenti "Kayrat"ı təbrik etdi
"Sumqayıt" "Qəbələ"ni belə məğlub etdi - Video
Kaxaber Tsxadadze azarkeşlərdən üzr istədi