Firminonun yeni klubu rəsmən açıqlandı

Firminonun yeni klubu rəsmən açıqlandı
DÜNYA FUTBOLU 24 İyul 2025 / 10:50 2688
-  A +

“Liverpul”un və Braziliya millisinin sabiq futbolçusu Roberto Firminonun yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını Qətərdə davam etdirəcək.

O, “Əl Sədd”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Firmino ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Roberto Firmino son olaraq “Əl Əhli”də çıxış edib. O, 2015-2023-cü illərdə “Liverpul”un formasını geyinib.


Son xəbərlər