“Qarabağ” Ukrayna komandasına uduzdu

“Qarabağ” Ukrayna komandasına uduzdu
ÖLKƏ FUTBOLU 7 İyul 2025 / 21:57 10545
-  A +

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" (Xarkov) komandası ilə üz-üzə gəlib.

Qeyd edək ki, yoxlama matçı olduğu üçün qarşılıqlı razılığa əsasən görüş hər biri 30 dəqiqə olmaqla 4 hissədən ibarət olub.

Oyun "Qarabağ"ın 4:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Metallist 1925" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək. 

19:40. "Qarabağ" - "Metallist 1925" - 4:5 

Qollar: N.Axundzadə, 3 (1:0); Raşitsa, 11 (1:1); N.Axundzadə, 13 (2:1); Pançenko, 26 (2:2); K.Medina, 45 - avtoqol (2:3); Ramik Hacıyev, 71 (2:4); Moura, 82 - pen. (2:5); A.Kaşuk, 96 (3:5); E.Addai, 114 - pen. (4:5)

"Qarabağ"ın əsas heyəti: 99. M. Koxalski, 2. M. Silva, 81. K. Medina, 27. T. Bayramov, 18. Dani Bolt, 35. Pedro, 8. M. Yankoviç, 20. Kadi, 10. A. Zubir (k), 15. L. Andrade, 90. N. Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 6. Habib Qədirov, 30. Abbas Hüseynov, 26. Amin Rzayev, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cabralıyev, 11. Emmanuel Adai, 19. Mehdi Mütəllimli, 21. Aleksey Kaşuk, 17. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı

***
"Qarabağ" hazırlıq prosesi zamanı iyulun 11-də “Tvente” ilə iki görüşə çıxacaq. İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi “Zalsburq” (Avstriya) olacaq.  

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.

Bizi İnstaqramda izləmək üçün keçid et


Son xəbərlər