"Sabah" onunla da yollarını ayırdı - Rəsmi

"Sabah" onunla da yollarını ayırdı - Rəsmi
ÖLKƏ FUTBOLU 28 İyun 2025 / 16:51 1817
-  A +

“Sabah” FK Vinsent Till ilə yollarını ayırıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Till 2023-cü ildən etibarən “Sabah”da çıxış edib. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.

Qeyd edək ki, daha öncə Masazır klubu baş məşqçi Vasili Berezutski və futbolçuları Şakir Seyidov, Con İrasabal, Namik Ələskərovla da yollarını ayırıb.

Daha çox


Son xəbərlər