Quban Qurbanov "Qarabağ"ın çempion komandaları ilə görüşdü - Şəkillər

Quban Qurbanov "Qarabağ"ın çempion komandaları ilə görüşdü - Şəkillər
ÖLKƏ FUTBOLU 27 İyun 2025 / 19:39 1065
-  A +

"Qarabağ"ın əsas komandasının məşqçi və futbolçuları klubun “Sozopol Cup 2025” turnirinin qalibi olan  U-13 və Azərbaycan çempionu adını qazanan U-14 kollektivlərinin üzvləri ilə görüşüblər.

QOL.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Görüş "Qarabağ"ın bu gün “Azersun Arena”da keçirilən məşqindən əvvəl gerçəkləşib. U-13 və U-14 komandalarının futbolçuları və məşqçi heyəti önündə çıxış edən Qurban Qurbanov onları qazanılan uğurlar münasibəti ilə təbrik edib. O, akademiyanın məşqçilərinə və gənc futbolçularına gələcək karyeralarında uğurlar arzulayıb. Tədbirin sonunda U-13 və U-14-ün üzvlərinə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 13 yaşadək futbolçulardan ibarət komanda Bolqarıstanda təşkil edilən “Sozopol Cup 2025” turnirinin qalibi adını qazanıb, 14 yaşadək futbolçulardan ibarət komandamız U-14 Liqasının çempionu olub.
















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər