“Araz-Naxçıvan” heyətinə daha bir yeni futbolçu qatıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Naxçıvan təmsilçisi Bruno Franko ilə müqavilə imzalayıb. Braziliyalı sol cinah müdafiəçisi ilə anlaşma 1 illikdir.
27 yaşlı futbolçu ötən mövsüm Sofiya “Lokomotiv”ində çıxış edib. “Lokomotiv”ə qədər o, Bolqarıstanın “Spartak” (Pleven), eləcə də Braziliyada “Matonense”, “Rio Branco”, “Batatais”, “Mogi Mirim” klublarının formasını geyinib.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigueslə başa çatan müqaviləni yeniləyən, Bar Cohen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.
"Atletiko"ya keçməyə razıdır
Millimizin heyətində dəyişiklik
"İnanıram ki, mərhələni keçən biz olacağıq” - Rəşad Sadıqov
"Yamal Messinin bu yaşda olduğundan daha güclüdür"
Olimpiya çempionumuz bürünc medal qazandı - Dünya çempionatı
Tanınmış futbol mütəxəssisi PFL-in qonağı oldu - Şəkillər
"Çelsi"nin hücumçusuna rəsmi ittiham sürüldü
“Kəpəz” ilə “Panatinaikos” rəsmiləri görüşdülər
Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı
"Qarabağ" rəhbərliyi Ali Koçla görüşdü - Şəkillər
Qurban Qurbanov ÇL-in püşkünü dəyərləndirdi
"Barselona" qapıçı aldı
Elmar Baxşıyev püşkü dəyərləndirdi
"Roma" idman direktoru ilə yolları ayırdı
Kloppu təhqir etməkdə ittiham olunur
"Mançester Siti"də yeni kapitan bəlli oldu
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
İngiltərə Premyer Liqasında yeni mövsümün təqvimi
"Araz-Naxçıvan" bu futbolçularla yolları ayırdı
"Araz-Naxçıvan" yeni mövsümün hazırlığına başladı
Azərbaycan sevdalısı Bernd Ştange