"Zirə" və "Araz-Naxçıvan"ın da rəqiblərinin sayı azaldı - Yenilənir

"Zirə" və "Araz-Naxçıvan"ın da rəqiblərinin sayı azaldı - Yenilənir
XƏBƏR 18 İyun 2025 / 11:10 3346
-  A +

Bu gün "Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olacaq.

QOL.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alacaqlar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib olacağı deməkdir.

"Zirə"nin mümkün rəqibləri:

"Hayduk"(Xorvatiya)

"Maribor"(Sloveniya)

 AEK(Yunanıstan)

"DAK Dunayska Streda"(Slovakiya)

AEK(Kipr) - "Partizan"(Serbiya) cütünün məğlubu (Avropa Liqası)

"Araz-Naxçıvan"ın mümkün rəqibləri:

"Başakşehir" (Türkiyə)

 "Omoniya" (Kipr)

 "Aris" (Yunanıstan)

 "Beytar" (İsrail)

Qeyd edək ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Daha çox


Son xəbərlər