DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan milli komandası Fransa, Ukrayna və İslandiya komandaları ilə D qrupunda yer alıb. Bu qrupda oyunlara sentyabrda start veriləcək.
QOL.az xəbər verir ki, sentyabrın 5-də Ukrayna Fransanı, İslandiya isə Azərbaycan millisini qəbul edəcək.
Məlum olduğu kimi, bu oyunlara hazırlıq məqsədilə Azərbaycan millisi iyun ayındakı toplanışda iki matç keçirib. Latviya ilə səfər görüşü 0:0, dünən Bakıda Macarıstana qarşı oyun isə 1:2 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb.
Beləliklə, Azərbaycan millisi Fernandu Santuşun rəhbərliyi altında keçirdiyi 10-cu oyunda da qələbə qazana bilməyib (8 məğlubiyyət 2 heç-heçə).
Azərbaycan millisindən fərqli olaraq onun rəqibləri isə uduzmaqla yanaşı, qələbə də qazanırlar.
Ukrayna və İslandiya da iyun hazırlığında istifadə edərək 2 yoxlama oyunu keçirib, Fransa isə UEFA Millətlər Liqasının final mərhələsində oyunlar keçirib.

Fransa: final mərhələsində 3-cülük
Millətlər Liqasının final mərhələsinin yarımfinalında Fransa İspaniya ilə qarşılaşıb və 4:5 hesabı ilə udazaraq finalda oynamaq şansını itirib. Fransadan rəqib qapısından qolları Kilian Mbappe (penaltidən), Rayan Şerki, Vivian (avtoqol) və Kolo Muani keçirib.
3-cü yer uğrunda görüşdə isə Didye Deşamın komandası uğur qazanıb. Onlar təşkilatçı ölkə Almaniyanın millisini 2:0 hesabı ilə məğlubiyyətə uğradaraq (Mbappe, Maykl Olise) bürünc medala sahib olublar.

İslandiya: 1 qələbə, 1 məğlubiyyət
İslandiya iyunun 6-da Şotlandiyaya qarşı səfərdəki yoxlama görüşündə 3:1 hesabı ilə qalib gəlib. İslandlardan qolları Andri Qudyonsen, Luis Fergüsson (avtoqol) və Viktor Palsson vurub.
İyunun 10-da isə İslandiya Böyük Britaniya turu çərçivəsində bu dəfə Şimali İrlandiya ilə qarşılaşıb. Matç Şimali İrlandiyanın 1:0 hesablə qələbəsi ilə yekunlaşıb.

Ukraynanın Kanada turu və 2-ci yer
Sergey Rebrovun başçılıq etdiyi Ukrayna millisi isə Torontoda keçirilən "Canadian Shield" adlı yoxlama turnirinin iştirakçısı olub və toplanış çərçivəsində 2 oyun keçirib.
İyunun 6-da Kanadaya qarşı matçda Ukrayna 2:4 hesabı ilə uduzub. Ukraynadan qolların müəllifi Oleksandr Zinçenko (penaltidən) və İlya Zabarnı olub.
Dünən Yeni Zelandiyaya qarşı matç isə Rebrovun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ukraynanın qollarını Aleksey Qutsulyak və Oleksandr Zinçenko vurub.
Beləliklə, yekun nəticədə Ukrauna turniri 3 xalla 2-ci yerdə başa vurub. Kanada 1-ci (4 xal), Yeni Zelendiya 3-cü (3 xal), Kot-d'İvuar isə (2 xal) 4-cü yeri tutub.
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir
Müharibə bitməsə, beynəlxalq yarışlara buraxılmayacaqlar
"Bu məğlubiyyət bizi sarsıtmayacaq" - Ceyhun Nuriyev
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Məşhur güləşçi karyerasını başa vurdu
Finalda PSJ ilə “Flamenqo” üz-üzə gələcək
"Real" "Bavariya"nın futbolçusu ilə razılaşdı
Salah meydana qayıtdı, rekord qırdı
Kökçünün komandası böyük hesabla uduzdu
"Qalatasaray"ın 4 qollu qələbəsi - Video
Juninyo bu kluba satılır
"Qalatasaray" və "Rizespor"dan böyükhesablı qələbə
Silva PSJ-nin baş məşqçisi olmaq arzusundadır
"Sabah" Tovuzdan 3 xalla qayıtdı - Video
Neymarın “Santos”la müqaviləsi ertələndi
FİFA Argentinanı DÇ-2026-dan uzaqlaşdıra bilər
Braziliya millisində Ançelotti dönəmi davam edəcək
“Şamaxı”nın qələbəsindən - Video
Premyer Liqanın ən sürətli qolunu vurdu
"Atletiko" doğma meydanda qələbə qazandı
“Bu səhvləri etməməli idik” - Kurban Berdiyev
"Şamaxı" "Zirə”yə, "Sabah" "Turan Tovuz"a qalib gəldi
Braziliyalı futbolçu karyerasını başa vurdu