"Sumqayıt" böyük hesabla "Səbail"ə qalib gəldi

"Sumqayıt" böyük hesabla "Səbail"ə qalib gəldi
ÖLKƏ FUTBOLU 23 May 2025 / 21:21 6822
-  A +

Bu gün Misli Premyer Liqasında mövsümün sonuncu - 36-cı turuna start verilib.

QOL.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Artıq Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Səbail" öz meydanında "Sumqayıt"ı qəbul edib. Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Beləliklə, "dənizçilər" 22 xalla sonuncu - 10-cu yerdə qərarlaşıblar. "Kimyaçılar" isə 33 xalla 8-ci yerə yüksəlib. 

Turun digər oyunları isə 24-25 may tarixlərində keçiriləcək.


23 may (cümə)


19:30.“Səbail” – “Sumqayıt” - 1:4

Qollar: Süleyman Alluş, 2 (1:0), Sertan Taşkın, 28 (1:1), Giorgi Karaişvili, (1:2), Ronaldo Vaskes, 79 (1:3), Roi Kehat, 90+1 (1:4)
Hakimlər: Rəşad Əhmədov , Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
“ASCO Arena”

24 may (şənbə)

17:00.“Şamaxı” – “Qarabağ”

19:30.“Sabah” – “Neftçi”

 

25 may (bazar)

17:00.“Turan Tovuz” – “Kəpəz”

19:30.“Araz-Naxçıvan” – “Zirə”
 

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 15 qol

Salifu Suma ("Zirə") - 12 qol

Davit Volkov ("Zirə") - 11 qol

Felipe Santos ("Araz Naxçıvan") - 10 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Pavol Şafranko ("Sabah") - 9 qol

Daha çox


Son xəbərlər
23.05.25  14:11

"Bayer"ə "hə" dedi