Yeddi ölkə, o cümlədən ev sahibi Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib.
QOL.az xəbər verir ki, məlumatı Bakı Şəhər Halqası yayıb.
Hazırda oyunlarda iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı davam edir. Bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 23 idman növü üzrə ümumilikdə 1659 idmançı qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş nümayəndələrin ümumi sayı isə 2385 nəfərdir.
Komanda idman növləri üzrə – futbol (U-16), basketbol 3x3 və voleybol yarışlarında altı ölkə iştirakını təsdiqləyib. Güləş, boks, cüdo və taekvondo kimi fərdi növlərdə isə 100-dən çox idmançı qeydiyyatdan keçib.
Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir.İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, Oyunlarda dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək.
III MDB Oyunları gənc idmançılar arasında dostluğun, birliyin və idman ruhunun təcəssümünə çevriləcək və regionun ən mötəbər idman tədbirlərindən biri olacaq.
"Real" itki ilə üzləşdi
"Bayer"dən yeni transfer
"Heç bir sirr yoxdur" - Berezutski
"Təklifimizi etmişik, cavab gözləyirik" - Qurban Qurbanov
“Sabah”dan finalda möhtəşəm qələbə
Antoni "Betis"dən ayrıldığını açıqladı
"Barselona"nın transfer planları bilindi
"Sabah"ın heyətində məcburi dəyişiklik
U-19 millimizin təlim-məşq toplanışı üçün heyəti bilindi
"Barselona" danışıqlarda irəlilədi
Azərbaycan kubokunun finalı üçün - Heyətlər
Ayxan Abbasov U-21-in yekun heyətini açıqladı
"Ayaks"ın yeni baş məşqçisi bəlli oldu
"Şamaxı"da növbəti ayrılıq
Conni Evans karyerasını başa vurdu
"Real" futbolçusu ilə yolları ayırdı
Egemen Korkmaz millinin baş məşqçisi oldu
Avroliqanın qalibi dörd futbolçu ilə vidalaşdı
PSJ-nin hər qolundan sonra Eyfel qülləsi işıqlandırılacaq
“Neftçi” 7 futbolçu ilə müqaviləni uzatmadı
ÇL-in finalını yayımlayacaq kanallar
Premyer Liqamızda diqqət çəkən gənclər nə vəd edir? - U-21 millisinin baş məşqçisi danışır
De Brüyne "Napoli" ilə nə vaxt müqavilə bağlayacaq?
Xulian Alvares heç kimə aman vermədi