"Araz-Naxçıvan" "Sabah"la, "Şamaxı" "Səbail"lə heç-heçə etdi

"Araz-Naxçıvan" "Sabah"la, "Şamaxı" "Səbail"lə heç-heçə etdi
PREMYER LİQA 3 May 2025 / 21:26 10651
-  A +

Misli Premyer Liqasında 33-cü tur davam edir. 

QOL.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Səbail”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Beləliklə, "Şamaxı" turnir cədvəlində 36 xalla 6-cı, "Səbail" isə 22 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb. 

Günün ikinci matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gəlib. Bu görüş də 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Naxçıvan klubu 55 xalla turnir cədvəlində üçüncü, Masazır təmsilçisi isə 41 xalla dördüncüdür. 

Qeyd edək ki, Misli Premyer Liqasında artıq “Qarabağ” qızıl, “Zirə” isə gümüş medalları təmin edib. 

3 may

19:30. “Araz-Naxçıvan” - “Sabah” - 1:1 

Qollar: Ülvi İsgəndərov, 20 (1:0), Vinsent Till, 43 (1:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“Liv Bona Dea Arena"

17:00. “Şamaxı” - “Səbail” - 1:1 

Qollar: Alfons Msanqa, 33 (1:0), Rüfət Abullazadə, 67 - pen. (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Şamaxı şəhər stadionu

4 may

18:00. “Qarabağ” - “Sumqayıt”

20:00. “Neftçi” - “Kəpəz”

2 may

“Zirə” - “Turan Tovuz” - 1:1

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Salifu Suma ("Zirə") - 12 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Nəriman Axundzadə ("Qarabağ") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

 


Son xəbərlər
03.05.25  18:57

"Real"da növbəti itki

03.05.25  09:00

"Real"dan gedir