Erik Dayerin gələcəyi məlum oldu

Erik Dayerin gələcəyi məlum oldu
XƏBƏR 29 Aprel 2025 / 21:58 976
-  A +

"Bavariya"nın futbolçusu Erik Dayerin gələcəyi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

31 yaşlı mərkəz müdafiəçisi cari mövsümün sonunda "Monako"ya keçəcək. Onunla 2+1 illik müqavilə imzalanacaq.

Dayerin Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Dayer ötən ilin iyunundan "Bavariya"nın formasını geyinir. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. 


Son xəbərlər