Poqba hansı komandaya keçir?

Poqba hansı komandaya keçir?
DÜNYA FUTBOLU 29 Aprel 2025 / 13:43 2092
-  A +

Pol Poqbanın karyerasını ABŞ-da davam etdirəcəyi gözlənilir. Artıq onun mümkün yeni klubu da bəllidir. Tərəflər hazırda danışıqlar aparırlar.

QOL.az "The Athletic"ə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi "DC United"nin maraq dairəsindədir.

"DC United" 10 turdan sonra Şərq Konfransında 13-cü yerdədir.

Xatırladaq ki, Poqba antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edilmişdi, amma cəza 18 aya endirildi. Fransız futbolçu rəsmi olaraq 2025-ci il martın 10-da diskvalifikasiya müddətini başa vurub.

Hazırda futbolçu 32 yaşındadır. O, öz milli komandası ilə dünya çempionudur.


Son xəbərlər