Mahir Emreli dubl etdi - Yenilənib

Mahir Emreli dubl etdi - Yenilənib
XƏBƏR 19 Aprel 2025 / 16:58 14641
-  A +

Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunları davam edir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” bu gün öz meydanında "Paderborn”la qarşılaşıb. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə bitib. 

Ötən tur “Kayzerslautern”la görüşdə uzun müddətdən sonra start heyətə qayıdan və vacib qol vuran Mahir Emreli bu oyunda da ilk 11-likdə yer alıb və sona qədər meydanda olub. 

O, 2-ci dəqiqədə hesabı açıb. Daha sonra isə Emreli matçın 90+3-cü dəqiqəsində ikinci qolunu vurub. 

Rəqib komandanın qollarını 20-ci dəqiqədə T. Lasse Şeller, 49-cü dəqiqədə İ. Ansah və 77-ci dəqiqədə S. Mişel vurub.

Beləliklə, "Paderborn" 48 xalla 4-cü, "Nürnberq" isə 44 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Mahir Emreli bu mövsüm "Nürnberq"in heyətində 20 oyuna çıxaraq 7 qol vurub və 1 qolun ötürməsini edib. 


Son xəbərlər
25.04.25  00:45

"Trabzonspor" finalda