"Trabzonspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Komanda Fatih Tekkeyə tapşırılıb. Mütəxəssis bu vəzifədə Şenol Güneşi əvəzləyib.
"Trabzonspor" yeni çalışdırıcısını bu gün ictimaiyyətə təqdim edəcək.
Qeyd edək ki, Fatih Tekke, eləcə də Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş bu ilin yanvarında Azərbaycana səfər etmişdilər. Onlar Bakıda olduqları müddətdə AFFA nümayəndələri ilə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olmuşdular.
Daha sonra Türkiyə mediası həmin şəxslərin Azərbaycanda işlə təmin ediəcəyini iddia etmişdi.
Xatırladaq ki, Fatih Tekke daha əvvəl "Jayseri Erciyesspor", "Boluspor", "Manisaspor", "Denizlispor", "İstanbulspor", "Bursaspor" və "Alanyaspor"a da baş məşqçilik edib. Həmçinin o, futbolçu karyerası ərzində 1994-1997, 1998-2000 və 2002-2006-cı illərdə "Trabzonspor"un formasını geyinib.
O iki yaxşı hadisə…
40 il sonra ilk dəfə...
"Lerik"in qalib gəldiyi oyunda baxımlı qollar - Video
Ronaldo prezidentliyə namizədlikdən imtina etdi
“Azərbaycan xalqının futbola olan sevgisini göstəririk”
2-ci Liqa matçında vurulan 6 qol - Video
Kyellinin vəzifəsi yüksəldilir
Orxan Məmmədovdan yeni açıqlamalar
Nani Bakıdadır
Püşkü Qurban Qurbanov çəkdi- Şəkillər
"Mingəçevir" afrikalı futbolçunu transfer etdi - Rəsmi
"Neftçi"nin legioneri milliyə dəvət aldı
Millimiz Lüksemburqa uduzdu
2-ci liqada 16-cı tura yekun vuruldu
"İmişli" "Bakı Sportinq"lə heç-heçə etdi
Azərbaycan klubundan Mozambik millisinə çağırıldı
Yamal Çempionlar Liqasının tarixinə düşdü
"Atletiko"nun futbolçusu 5 oyunluq cəzalandırıldı