"Azarkeşlərə təşəkkür edirəm. Şanslarımız az qalsa da, bizə inandılar, güvəndilər. Oyundan danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları var. Bu gün də onu gördük".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 7-ci turunda Bakıda FCSB ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: "Üç künc zərbəsi, üç qol. Son saniyələrdə dördüncü korneri vurdular. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Qalib gələ də bilərdik. Görünür hardasa yenə də səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda uduzduq. Deməli bunun bizim üçün faydası var, hazır olmalıyıq".
Q.Qurbanov qapıda Mateş Koxalskinin yox, Fabyan Buntiçin dayanmasına da aydınlıq gətirib. O, polşalı qolkiperin iki gün əvvəl zədələndiyini bildirib:
Q.Qurbanov heyətə bir neçə futbolçu cəlb etmək istədiklərini, ancaq bunun qışda çətin olduğunu qeyd edib: "Avropa təcrübəsinə baxsanız, böyük klublar da üç illik, 5 illik heyət formalaşdırır. 3-4 ildən sonra eniş olur. Futbolda gördüklərimiz belədir. Böyük klubların iş prinsiplərini də analiz edirik. Baxırıq ki, nə vaxt uğursuz olmağa başlayır. Heyətə baxsaq, 3-4 futbolçunu sadəcə 23-lüyə salmışdıq. Onların üstün keyfiyyətlərindən istifadə edək deyə, salmamışdıq. Juninyo kimi futbolçuların olanda da uduzursan. O da qol epizodlarını qaçırır. Bundan əvvəlki oyunlarda görmüşük. Aleksey Kaşukun epizoduna gəldikdə, maksimum sürətli hücum idi. Onun orada olması çox vacib idi. Əsas odur. Qarşıdakı oyunlarda belə epizodlarda inanıram ki, Kaşuk daha yaxşı istifadə edəcək. Potensialı var. Gücləndirməyə gəldikdə, mütləq komandaya bir neçə yeni oyunçu dəvət etməyi fikirləşirik. Əfsuslar olsun ki, qışda çətindir. Qarşıdakı aylarda işimizi aktivləşdirəcəyik".
"Qarabağ"ın çalışdırıcısı Avropa Liqasındakı bu nəticələrin daxili oyunlarında komandasına psixoloji təsirindən də danışıb: "Futbolçular çox üzgün idilər. Mütləq şəkildə çalışacağıq ki, qarşıdakı oyunlara daha da hazırlıqlı olsunlar. Hələ son oyunumuz "Olimpiakos"a qarşıdır. Ona da ciddi hazırlaşmalıyıq. Çünki böyük klublara qarşı oynamaq hər bir futbolçu üçün böyük təcrübədir. Gələn il də bu komandalarla qarşılaşa bilərik. İstər-istəməz belə nəticədən sonra futbolçularda üzgünlük olur. Ola bilər ki, ilk oyunlarda özünü göstərsin, get-gedə komandanı formalaşdırmağa çalışacağıq".
Q.Qurbanov Avropa Liqasındakı uğursuz çıxışlarını turnirin yeni formatı ilə əlaqələndirmək istəmədiyini bildirib: "Mən bir az geriyə qayıdacam. Bu il Avropa turnirlərinə hazırlaşmağımıza. Çox yaxşı hazırlığımız olmuşdu. Avstriyadakı matçlarda da komandamız daha yaxşı, daha güvənli idi. Bunu ilk oyunlarda hiss etdik. Komandada ümumi hazırlıq pis deyildi. Sadəcə nəticə olmadı. Bəli, format fərqli idi. Amma nəticə olmadı. Oyunun gedişatında daha da hiss olundu ki, bu mövsüm biz daha təcrübəli komanda olmuşuq, bu cür komandalara daha rahat hazırlaşıb, daha rahat oynayırıq. "Dinamo"(Zaqreb) ilə oyunları xatırlayaq, nə qədər qol epizodlarımız oldu. Görünür ki, builki avrokubok matçlarından mütləq yaxşı nəticə çıxarmalıyıq. Daha riskli futbol oynayırıq. Futbolçularım həmişə cəsarətli olmağa çalışıb. Öz istədiklərimizi həyata keçirməyə çalışırıq. Hansısa oyunlarda ustalıq səviyyəsi futbolçularda çatışmır. Bugünkü oyunda 3 künc zərbəsindən üç qol buraxdıq. Həqiqətən təsiredicidir. Formata gəldikdə, daha sonra daha yaxşı fikir söyləmək olar. Formatın üzərinə atmayaq ki, fikrimizdə o qalar. Futbolçulara başqa cür təsir edər".
Fransadan yarımfinala ciddi hazırlıq
"Arsenal"dan "Beşiktaş"a keçə bilər
"Barselona"nın zədəli futbolçusundan xəbər var
İran baş məşqçi ilə bağlı qərarını açıqladı
"Nyukasl" millinin ulduzuna göz dikdi
Afrika Kubokuna ev sahibliyi etməyə hazırlaşırlar
"Real" məşqçisini göndərir
"Barselona" onunla yollarını ayırır
"Şəfa"dan yeni transfer
"Everton"a məşqçi kimi qayıtmağa hazırlaşır
DÇ-də artıq 64 ölkənin mübarizə aparacağı gözlənilir
İspaniya ilə matçı buraxa bilərlər
"Əla iş gördünüz, Bellinqem və hakim!"
Kurtua mövsümün startını buraxa bilər
Messidən daha bir dünya rekordu
A seriyasına yüksəldilər, baş məşqçi ilə müqavilə uzadıldı
"Çelsi"nin futbolçusu "Sportinq"ə keçdi
"Qarabağ"dan ayrıldı, yenidən icarəyə göndərildi
Mundiallarda bunu bacaran ilk komanda oldular
Bakıda möhtəşəm boks gecəsi - Şəkillər
"Hakimin qərarını heç cür başa düşə bilmirəm" - Murat Yakın
Skaloni çatışmazlıqları gizlətmədi
DÇ-2026: bombardirlər siyahısındakı son durum
Argentinanı yarımfinala yüksəldən qələbə - Video
“Qarabağ” Nihad Mujakiçin transferini bitirir
Seneqal millisinin baş məşqçisi göndərildi
112-ci dəqiqədə qol vuran futbolçu matçın ən yaxşısı seçildi
Tuhel yarımfinala çıxan komandasının oyununu tənqid etdi
DÇ-2026-da yarımfinal cütləri müəyyənləşdi
Argentina yarımfinalda - Yenilənib
İngiltərəni finala yaxınlaşdıran qələbə - Video
Dubl etdi, matçın ən yaxşısı seçildi
Norveç - İngiltərə: Heyətlər
Sabiq "Arsenal"lı millinin baş məşqçisi ola bilər
Əlcəzair millisi Petkoviçlə davam edəcək
FİFA prezidenti Misir yığmasına təşəkkür etdi
"Argentinaya qarşı planlarımız var"
Qadın güləşçimizdən tarixi uğur
“Şamaxı” yeni qapıçı transfer etdi
Mundialda penaltilərdə ilk zərbəni vuranlar uduzur
"Mənim keyfiyyətlərimə sahib futbolçu görmürəm"
Klublararası Dünya Çempionatı harada keçiriləcək?
"İnfrastruktur əladır, amma..."
La Liqada hansı matçlar təxirə salınacaq?